Sərnişinlərin ödənişsiz fəaliyyət göstərəcək “Avtovağzal” və “Xocəsən” metrostasiyalarından rahat istifadə edə bilməsi üçün AYNA tərəfindən bu stansiyalar müntəzəm marşrutlar üçün aralıq dayanacaq məntəqəsi kimi müəyyən edilib. Primeinfo.az-a AYNA-dan verilən məlumata görə, bu dayanacaqlardan Bakı–Sumqayıt yolundan paytaxt istiqamətində hərəkət edən marşrutlar istifadə edəcək. Belə ki, metronun “Avtovağzal” stansiyasının (“Piramida” tərəf) qarşısında müntəzəm marşrutlar üçün dayanacaq məntəqəsi qruplaşdırılaraq 3 hissəyə ayrılıb və sərnişinlərin rahatlığı üçün dayanacaq məntəqəsi müvafiq nişanlarla işarələnib.
Sərnişin axınının səmərəli idarə olunması, xətlərdə intervalın tənzimlənməsi və nəqliyyat qovşaqlarında sıxlığın aradan qaldırılması istiqamətində tədbirlər davam etdirilir. Primeinfo.az AYNA-ya istinadən xəbər verir ki, Moskva prospekti, “Şamaxinka” adlanan ərazidə müntəzəm marşrut xətləri üzrə hərəkətin optimallaşdırılması məqsədilə 130, 142, 500, 503 və 508 nömrəli marşrutlar mövcud dayanacaq məntəqəsindən çıxarılır. Bu marşrutların sərnişinləri “Azərbaycanfilm Kinostudiyası” dayanacaq məntəqəsindən istifadə edə bilərlər.
Bakıda keçiriləcək “Formula-1 Azərbaycan Qran-Prisi 2026” ilə əlaqədar paytaxtın bir sıra yollarında nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq olunacaq. Primeinfo.az xəbər verir ki, bu barədə AYNA məlumat yayıb. Məhdudiyyətə uyğun olaraq müntəzəm və ekspres avtobusların hərəkəti alternativ küçələrlə təşkil ediləcək.
“Bakı Metropoliteni” QSC-də xətlərinin ayrılması ilə əlaqədar sərnişinlərin ictimai nəqliyyata əlçatanlığının artırılması məqsədilə aparılmış təhlillərə əsasən, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) dəstəkləyici tədbirləri çərçivəsində daha bir ekspres marşrut xətti təşkil edilir. Bu barədə Primeinfo.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib. Məlumata əsasən, metronun “Elmlər Akademiyası” və “Nizami” stansiyalarından “Qara Qarayev”, “Neftçilər”, “Xalqlar Dostluğu”, “Əhmədli” və “Həzi Aslanov” stansiyaları istiqamətində artan sərnişin tələbatını qarşılamaq üçün sentyabrın 13-dən M9 nömrəli ekspres marşrutu fəaliyyətə başlayacaq.
Bakının Sabunçu rayonunun Bakıxanov qəsəbəsinin Eldar Xəlilov küçəsində aparılan təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq olunub. Primeinfo.az bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir. Məlumata görə, məhdudiyyət səbəbindən 78 nömrəli müntəzəm marşrutun hərəkəti Murad Nağıyev, Muxtar Fətəliyev və Əşrəf Yunusov küçələri ilə təşkil edilib.
“Bakı Metropoliteni” QSC tərəfindən xətlərin ayrılması layihəsi çərçivəsində bu gündən etibarən “28 May” və “Nizami” stansiyaları arasında qatarların hərəkəti müvəqqəti dayandırılıb. Primeinfo.az xəbər verir ki, AZCON Holding şirkətlərindən olan “Bakı Metropoliteni” QSC tərəfindən Qırmızı və Yaşıl xətlərin ayrılması layihəsinin əsas tikinti mərhələsinə başlanılıb. Tikinti işlərinin təxminən 10-11 ay davam edəcəyi planlaşdırılır.
Bu ilin yanvar-iyul ayları ərzində “biletim.az” portalı vasitəsilə onlayn qaydada 700 598 bilet əldə edilib. Bu barədə Primeinfo.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib. Məlumata əsasən, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə təxminən 2 dəfə çoxdur.
Bakı şəhərində 161 və 162 nömrəli marşrutların istismarı müvəqqəti olaraq yeni daşıyıcılara həvalə edilib. Primeinfo.az bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir. Məlumata görə, daşıyıcı “Azland Plaza” MMC-nin hər iki şəhərətrafı marşrutun istismarını dayandırması nəzərə alınaraq, sərnişindaşımanın fasiləsiz həyata keçirilməsi məqsədilə müvəqqəti tədbirlər görülüb.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Lənkəran-Masallı, Masallı-Lənkəran, Bakı-Xaçmaz, Mingəçevir-Yevlax, Yevlax-Mingəçevir və Mingəçevir-Bərdə şəhərlərarası avtobus marşrutlarını müsabiqəyə çıxarır. Bu barədə Primeinfo.az-a AYNA-dan məlumat verilib. Bildirilib ki, müsabiqə “Avtomobil nəqliyyatı haqqında” Qanuna, Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na uyğun olaraq təşkil edilir.
“Avtomobil nəqliyyatı haqqında” qanuna dəyişikliklər əsasında ölkədaxili sifarişli sərnişin və yük daşımalarını həyata keçirən sürücülər peşə hazırlığı təlimlərinə cəlb olunurlar. Bu barədə Primeinfo.az-a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib. Bildirilib ki, sözügedən dəyişikliklərin icrası çərçivəsində AYNA tərəfindən sürücülər üçün peşə hazırlığı təlimləri təşkil olunub.