Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: avtobus

Bakıda daha iki marşrut xəttinin avtobusları yenilənib

Bakıda daha iki marşrut xəttinin avtobusları yenilənib

Ramana qəsəbəsinin “Şuşa şəhərciyi” yaşayış massivini Cəmşid Naxçıvanski küçəsi ilə əlaqələndirən 214 nömrəli və qəsəbənin Fərrux Qayıbov küçəsini “Koroğlu” NMM-lə əlaqələndirən 214A nömrəli şəhərətrafı avtobus marşrutları üzrə keçirilən müsabiqənin nəticəsinə əsasən, iyulun 1-dən yeni daşıyıcı (“Çinar-Trans” MMC) xəttin istismarını həyata keçirəcək. Bu barədə Primeinfo.az-a AYNA-dan məlumat verilib. Bildirilib ki, 214 nömrəli marşrut xəttində 15, 214A nömrəli marşrut xəttində isə 8 müasir, ekoloji cəhətdən təmiz CNG texnologiyası ilə təchiz olunan avtobus fəaliyyət göstərəcək.

Avtobus marşrutlarına onlayn bilet satışı 1,8 dəfə artıb - AYNA 

Avtobus marşrutlarına onlayn bilet satışı 1,8 dəfə artıb - AYNA 

Bu ilin 5 ayında Azərbaycanda “biletim.az” portalı vasitəsilə onlayn qaydada 456 195 bilet əldə edilib. Bu barədə Primeinfo.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib. Bildirilib ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,8 dəfə çoxdur.

119 nömrəli marşrutun avtobusları dəyişdirilir - FOTO

119 nömrəli marşrutun avtobusları dəyişdirilir - FOTO

İyunun 1-dən Xırdalan şəhərini metronun “Memar Əcəmi” stansiyası ilə əlaqələndirən 119 nömrəli müntəzəm marşrut üzrə avtobuslar dəyişdiriləcək. Primeinfo.az-a bu barədə AYNA-dan məlumat verilib. Ümumilikdə 20 avtobus 5-6 dəqiqə hərəkət intervalı ilə sərnişinlərin ixtiyarında olacaq.

79 nömrəli marşrutun bütün avtobusları yenilənir 

79 nömrəli marşrutun bütün avtobusları yenilənir 

Binəqədi rayonunun M.Ə.Rəsulzadə qəsəbəsini metronun “28 May” stansiyası ilə əlaqələndirən 79 nömrəli marşrut xəttində avtobusların bir qismi ötən ilin oktyabrında yenilənmişdir. Primeinfo.az-a bu barədə AYNA-dan məlumat verilib. İyunun 1-dən marşrut xəttinə ekoloji cəhətdən təmiz CNG texnologiyası ilə təchiz olunan avtobuslar əlavə edilməklə ümumilikdə 16 nəqliyyat vasitəsi 7 dəqiqə hərəkət intervalı ilə sərnişinlərin xidmətində olacaq.

Bu marşrutlar üzrə avtobuslar yenilənir - AYNA

Bu marşrutlar üzrə avtobuslar yenilənir - AYNA

Metronun “20 Yanvar” stansiyasını Xocəsən qəsəbəsi ilə əlaqələndirən 102 nömrəli və Bahar qəsəbəsini metronun “Qara Qarayev” stansiyası ilə əlaqəndirən 191 nömrəli marşrut avtobusları yenilənir. Primeinfo.az xəbər verir ki, mayın 15-dən 102 nömrəli marşrut üzrə 8, 191 nömrəli marşrut üzrə isə 12 müasir və komfortlu avtobus daşımalara cəlb edilir. Ekoloji cəhətdən təmiz CNG texnologiyası ilə təchiz olunan “İsuzu HC45” markalı avtobuslar 7-8 dəqiqə intervalla sərnişinlərin xidmətində olacaq.

7 marşrutun hərəkət istiqaməti müvəqqəti dəyişdirilib

7 marşrutun hərəkət istiqaməti müvəqqəti dəyişdirilib

7 müntəzəm marşrutun hərəkət istiqaməti müvəqqəti dəyişdirilib Bu barədə Primeinfo.az-a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib. Paytaxtın Abbas Mirzə Şərifzadə küçəsində (Nazim Hikmət küçəsindən İsfəndiyar Zulalov küçəsinədək) və Səməd Vurğun küçəsində (Abbasqulu ağa Bakıxanov küçəsindən Füzuli küçəsinədək) 9-11 may tarixlərində aidiyyəti qurum tərəfindən aparılan təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilib. Məhdudiyyət səbəbindən 7 müntəzəm marşrutun hərəkət istiqaməti müvəqqəti dəyişdirilib.

9 avtobus marşrutu üzrə müsabiqənin qalibləri elan edildi - AYNA

9 avtobus marşrutu üzrə müsabiqənin qalibləri elan edildi - AYNA

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) 9 şəhərlərarası və şəhərdaxili avtobus marşrutu üzrə müsabiqə qaliblərini müəyyən edib. Bu barədə Primeinfo.az-a AYNA-da məlumat verilib. Bildirilib ki, AYNA tərəfindən sərnişindaşıma sahəsində rəqabətli mühitin, marşrutların təhkim edilməsində qanunvericiliyin tələblərinin təmin edilməsi ilə bağlı tədbirlərin davamı olaraq 512 nömrəli şəhərətrafı, Bakı-Lənkəran, Sumqayıt-İsmayıllı, Gəncə-Gədəbəy, Gədəbəy-Gəncə, Lənkəran-Qazax, Ağcabədi-Xankəndi-Laçın şəhərlərarası, Qədili (Samux) – Gəncə, Dozular (Göygöl) – Gəncə istiqamətlərində avtobus marşrutları üzrə müsabiqələrin qalibləri müəyyən edilib.