Biləcəri, Ağ Saray şadlıq sarayı yaxınlığında 203 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobus ağır qəza törədib. Primeinfo.az xəbər verir ki, avtobus iki minik avtomobili ilə toqquşduqdan sonra yaxınlıqda restoran kimi fəaliyyət göstərən obyektə çırpılıb.
Bir neçə gündür Bakı Beynəlxalq Avtovağzal – Masazır qəsəbəsi istiqamətində hərəkət edən 569 saylı marşrut avtobuslarının intervalının 30 dəqiqəyə qədər artdığı və sıxlıq olması ilə bağlı şikayətlər yayılır. Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) Primeinfo.az-a verilən məlumata görə, Bakı Beynəlxalq Avtovağzal Kompleksini Masazır qəsəbəsi ilə əlaqələndirən 569 saylı marşrutda 12 avtobus 8 dəqiqə intervalla hərəkət edir. “Lakin günün pik saatlarında marşrutun hərəkət sxemi üzrə yaranan nəqliyyat sıxlığı intervalın artmasına səbəb ola bilir.
“Elmlər Akademiyası” metrostansiyasını Bayıl parkı ilə əlaqələndirən 53 nömrəli şəhərdaxili marşrut üzrə 2025-ci il istehsalı olan, ekoloji cəhətdən təmiz CNG texnologiyası ilə təchiz olunan, həmçinin daha müasir avtobuslar fəaliyyət göstərəcək. Primeinfo.az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb. Məlumata əsasən, marşrut üzrə keçirilən müsabiqədə qalib gələn “Transkontrol” MMC avtobuslarla xəttin istismarını noyabrın 1-dən həyata keçirəcək.
Şəki rayonunun Orta Zəyzid kəndi ərazisində 1 nəfərin yaralanması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Primeinfo.az xəbər verir ki, rayon sakini 35 yaşlı Famil Məmmədovun idarə etdiyi “Mercedes” markalı sərnişin daşıyan mikroavtobus idarəetməni itirərək yolun kənarındakı ağaca çırpılıb. Nəticədə sürücü avtomobildə sıxılmış vəziyyətdə qalıb.
Sərnişinlərə göstərilən xidmətlərin keyfiyyətinin artırılması və vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə hazırda Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən innovativ həllər üzərində iş aparılır. Primeinfo.az xəbər verir ki, bu barədə AZƏRTAC-a AYNA-dan bildirilib. Məlumata görə, AYNA MaaS (Mobility as a Service) mobil tətbiqi sayəsində istifadəçilər avtobusların gəliş vaxtını onlayn izləyə biləcəklər.
Paytaxtın 49 nömrəli şəhərdaxili və 515 nömrəli şəhərətrafı avtobus marşrutlarını müsabiqəyə çıxarılır. Bu barədə Primeinfo.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir. Məlumata əsasən, müsabiqə “Avtomobil nəqliyyatı haqqında” Qanuna, Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na uyğun olaraq təşkil edilir.
Avtobus zolaqlarında minik avtomobillərinin sərnişinləri rahat şəkildə mindirib-düşürməsini təmin etmək məqsədilə xüsusi yerlərin yaradılması davam etdirilir. Bu barədə Primeinfo.az-a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib. Məlumata görə, növbəti belə yerlər Nizami rayonunun Qara Qarayev prospektinin üç ünvanında – “8-ci kilometr bazarı”nın qarşısında, “Neftçilər” və “Xalqlar dostluğu” metrostansiyalarının çıxışında, eləcə də Nəsimi rayonunun Füzuli küçəsindəki “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutunun qarşısında təşkil edilib və müvafiq lövhə yerləşdirilib.
Bu gün səhər saatlarında Bakıda avtobus qəzaya uğrayıb. Primeinfo.az-ın məlumatına görə, hadisə bulvar ərazisində baş verib. “BakuBus”a məxsus 125 nömrəli sərnişin avtobusu yoldan çıxaraq, Dənizkənarı Milli Park ərazisinə daxil olub.
Vətəndaşların Xırdalan şəhərindən paytaxtın “20 Yanvar” metrostansiyası istiqamətinə sürətli və rahat gedişlərini təmin etmək məqsədilə oktyabrın 17-dən E2 nömrəli ekspress marşrutu fəaliyyətə başlayacaq. AYNA-dan Primeinfo.az-a verilən məlumata görə, Xırdalan şəhərindən yola düşən avtobusların aralıq dayanacaq məntəqələri Abşeron rayon Sukanal İdarəsi, Heydər Əliyev prospektindəki AAAF və “Kristal Abşeron” yaşayış kompleksləri, Abşeron rayon Mədəniyyət Mərkəzi, Xırdalan şəhər 11 nömrəli tam orta məktəb, “20 Yanvar” metrostansiyası və Rövşən Cəfərov küçəsi (3 mikrorayon dairəsi) təyin edilib. Qeyd olunan istiqamətdə avtobuslar saat 06:00-dan 23:00-dək fəaliyyət göstərəcək.
Bakıda cibgirlik edən şəxs saxlanılıb. DİN-in mətbuat xidmətindən Primeinfo.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə oğurluq cinayətlərində şübhəli bilinən, əvvəllər məhkum olunmuş 47 yaşlı Rahil Kazımov tutulub. Araşdırmalarla müəyyən edilib ki, o, əsasən müxtəlif marşrutlar üzrə hərəkət edən avtobuslarda sərnişinlərin pul vəsaitlərini talamaqla məşğul olub.