Rusiya ordusunun gecə saatlarında Ukraynanın paytaxtı Kiyevə və ətraf yaşayış məntəqələrinə həyata keçirdiyi hücumlar nəticəsində azı 15 nəfər həyatını itirib. Primeinfo.az xəbər verir ki, bu barədə Kiyev vilayətinin qubernatoru Timur Tkaçenko “Telegram” kanalında bildirib. Onun sözlərinə görə, Kiyevdən təxminən 45 kilometr şimalda yerləşən Dymer qəsəbəsində beşmərtəbəli yaşayış binasına endirilən zərbə nəticəsində binanın bir hissəsi çöküb.
Noyabrın 22-si Ukraynanın beş bölgəsində vətəndaşlar Rusiyanın hava zərbələri səbəbindən elektrik enerjisiz qalıblar. Ən çox ziyan Odessa bölgəsindəki elektrik şəbəkəsinə dəyib. Primeinfo.az Ukrayna Energetika Nazirliyinə istinadla xəbər verir ki, elektrik kəsintiləri Dnepr, Jitomir, Rivne, Odessa və Xarkov bölgələrində qeydə alınıb.
Rusiya Müdafiə Nazirliyi gecə saatlarında Kiyev və Xarkovdakı obyektlərə, həmçinin Odessa yaxınlığında quru yük gəmisinə pilotsuz uçuş aparatları ilə zərbələr endirildiyini bildirib.
“Sentyabrın 27-də saat 22:00-da Kiyev şəhərinə dron hücumu nəticəsində 1978-ci il təvəllüdlü Azərbaycan vətəndaşı Abbas Abbasov həlak olub”.
Rusiya ordusu sentyabrın 27-si axşam saatlarında Ukraynanın Kiyev şəhərinin ən böyük “Stoliçnı” bazarına hava zərbəsi endirib. Primeinfo.azxəbər verir ki, Kiyev vilayət Prokurorluğunun yaydığı məlumata görə, hava hücumu zamanı bazarda yanğın baş verib. Nəticədə 2 nəfər ölüb, daha 10 nəfər isə yaralanıb.
ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və kürəkəni Cared Kuşner Ukrayna lideri Vladimir Zelenskiyə qışdan əvvəl Rusiya-Ukrayna müharibəsinə son qoymaq üçün danışıqlarda irəliləyiş əldə etmək istədiklərini bildiriblər. Primeinfo.az xəbər verir ki,bu barədə “Axios” portalı mənbələrə istinadən məlumat yayıb. Mənbələrin məlumatına görə, Uitkoff və Kuşner həmçinin Zelenskiylə Ukraynanın qışda hərbi əməliyyatlara hazırlıqlarını müzakirə ediblər.
ABŞ Prezidentinin xüsusi nümayəndələri Stiv Uitkoff və Cared Kuşner ilə Kiyevdə danışıqlar başlayıb. Primeinfo.az xəbər verir ki,bu barədə Ukrayna Prezidenti Volodimir Zelenskinin teleqramında bildirilir. Qeyd edək ki, ABŞ Prezidentinin nümayəndələri Stiv Uitkoff və Cared Kuşner sentyabrın 6-da Kiyevə gəliblər.
Mən müvafiq əmri verdim və bu gün gecə yarısından etibarən Kiyevə zərbələr dayandırılıb.
Rusiyaya məxsus pilotsuz uçuş aparatı Ukraynanın paytaxtı Kiyevin mərkəzində yerləşən Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) baş qərargahına zərbə endirib.
ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və Cared Kuşner Rusiyaya səfərə gəlib. Primeinfo.az xəbər verir ki, içərisində ABŞ nümayəndələrin olduğu güman edilən təyyarənin Vnukovo-2 hava limanına endiyi bildirilir. Rusiya KİV-i Uitkoff və Kuşnerin avtomobil korteji olduğu ehtimal edilən görüntülərini yayıb.