Kiyevdə Ukrayna Təhlükəsizlik Xidmətinin yerləşdiyi əraziyə edilən dron hücumu nəticəsində 9 nəfər yaralanıb. Primeinfo.az “Ukrainskaya Pravda“ nəşrinə istinadən xəbər verir ki, Təhlükəsizlik Xidmətinin binasına edilən hücumda isə ölən və ya xəsarət alanların olduğu barədə məlumat yoxdur. Qeyd edək ki, Rusiya ordusu Ukrayna Təhlükəsizlik Xidmətinin binasına dron zərbəsi endirib.
Böyük Britaniyanın Baş naziri Endi Börnhem Kiyevə səfər edib. Primeinfo.az “Sky News“a istinadən xəbər verir ki, Britaniya liderini dəmir yol vağzalında Ukraynanın xarici işlər naziri Andrey Sibiqa qarşılayıb. Börnhemin Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşəcəyi və Ukraynanın müstəqilliyinin 35-ci ildönümü ilə bağlı tədbirlərdə iştirak edəcəyi gözlənilir.
Rusiya ordusu bu gecə Ukraynanın paytaxtı Kiyev şəhərinə hava zərbələri endirib. Primeinfo.az-ın məlumata görə, şəhərdə güclü partlayış səsləri eşidilib. Hava zərbələri zamanı, əsasən, ballistik raketlərdən istifadə edilib.
Rusiya ordusunun avqustun 16-na keçən gecə Kiyevə endirdiyi zərbələr nəticəsində “Poçayna” metro stansiyası yaxınlığındakı məşhur kitab bazarı ciddi dağıntılara məruz qalıb.
Ötən gecə Rusiya Silahlı Qüvvələri Kiyev şəhərinə ballistik raketlərlə zərbələr endirib. Nəticədə yanğınlar qeydə alınıb, yaralananlar var.
Rusiya ordusunun Ukraynanın paytaxtı Kiyev şəhərinə endirdiyi zərbələr dağıntılara səbəb olub.
Bu gün günorta saatlarından başlayaraq Rusiya ordusu Ukraynanın paytaxtı Kiyev şəhərini ballistik raketlərlə hədəf alıb.
Rusiya Silahlı Qüvvələrinin pilotsuz uçuş aparatları və ballistik raketlərdən istifadə etməklə Kiyevə gecə həyata keçirdiyi hücumlar nəticəsində bir nəfər həlak olub, 13 nəfər yaralanıb. Primeinfo.az xəbər verir ki, bu barədə Ukrayna Fövqəladə Hallar üzrə Dövlət Xidməti məlumat yayıb. Məlumata əsasən, Ukrayna paytaxtının bir neçə rayonunda dağıntılar və yanğınlar qeydə alınıb.
Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen iyulun 15-də Ukraynanın paytaxtı Kiyevə səfər edəcək. Primeinfo.az “Ukrayinskaya Pravda”ya istinadən xəbər verir ki, bu barədə Brüsseldə Avropa Komissiyasının rəsmi nümayəndəsi Olof Gill məlumat verib. O, Aİ liderinin Kiyevə səfərini təsdiqləsə də, səfərin məqsədi barədə ətraflı məlumat verməyib.
Rusiyanın gecə saatlarında Ukraynanın paytaxtı Kiyevə endirdiyi zərbələr nəticəsində 2 nəfər xəsarət alıb, bir qadın ölüb.