Xəbər axtarın

Son axtarış nəticələri:

Rusiyadan Kiyevə RAKET ZƏRBƏLƏRİ: ölənlər və yaralananlar var - FOTO - VİDEO

30.07.2026 10:00

Rusiyadan Kiyevə RAKET ZƏRBƏLƏRİ: ölənlər və yaralananlar var - FOTO - VİDEO
Rusiya ordusunun Ukraynanın paytaxtı Kiyev şəhərinə endirdiyi zərbələr dağıntılara səbəb olub.

Primeinfo.az-ın xəbərinə görə, Kiyev şəhər meri Vitali Kliçko bildirib ki, hava zərbələri nəticəsində Svyatoşin və Obolon rayonlarında yanğın baş verib.

Yerli “Teleqram” səhifələrinin yaydığı məlumata görə, hava zərbəsi zamanı metronun “Poçayna” stansiyasının girişi dağılıb.

Rusiya, Kiyevdən başqa Dnepr, Krivoy Roq, Kropivnitski, Vinnitsa, Sumı, Xarkov şəhərlərinə də hava zərbələri endirib.

Hava həyacanı siqnalı iki saata yaxın davam edib.

Ukraynanın kütləvi atəşə tutulması nəticəsində Dnepropetrovsk vilayətinin Krivoy Roq rayonunda çoxuşaqlı ailə həlak olub.

Bu barədə Krivoy Roq hərbi administrasiyasının rəhbəri Aleksandr Vilkul “Telegram”da məlumat yayıb.

Onun sözlərinə görə, Rusiyanın Voronej vilayəti ərazisindən atılmış “İsgəndər-M” ballistik raketi Raduşnoye qəsəbəsindəki fərdi evə düşüb.

Zərbə nəticəsində altı nəfər – dörd böyük, 5 və 12 yaşlı iki uşaq həlak olub.

Daha səkkiz nəfər yaralanıb, onların arasında iki uşaq – 6 və 15 yaşlı oğlanlar var.

Qeyd edək ki, iyulun 30-na keçən gecədən başlayaraq Rusiya ordusu Ukraynanın paytaxtı Kiyev şəhərinə çoxkombinasiyalı hava zərbələri endirir. Şəhərdə güclü partlayış səsləri eşidilib.

Hava hücumundan müdafiə sistemi aktiv işə düşüb. Hava hücumu zamanı ballistik və qanadlı raketlərdən, həmçinin zərbə dronlarından istifadə edilib.

Xilasedicilər hücumun fəsadlarının aradan qaldırılmasına çalışırlar.

Kiyev şəhər sakinləri kütləvi şəkildə sığınacaq kimi metro stansiyalarından və yeraltı parkinqlərdən istifadə ediblər.

Rusiyadan Kiyevə RAKET ZƏRBƏLƏRİ: ölənlər və yaralananlar var - FOTO - VİDEO

Rusiyadan Kiyevə RAKET ZƏRBƏLƏRİ: ölənlər və yaralananlar var - FOTO - VİDEO Rusiyadan Kiyevə RAKET ZƏRBƏLƏRİ: ölənlər və yaralananlar var - FOTO - VİDEO

Rusiyadan Kiyevə RAKET ZƏRBƏLƏRİ: ölənlər və yaralananlar var - FOTO - VİDEO Rusiyadan Kiyevə RAKET ZƏRBƏLƏRİ: ölənlər və yaralananlar var - FOTO - VİDEO Rusiyadan Kiyevə RAKET ZƏRBƏLƏRİ: ölənlər və yaralananlar var - FOTO - VİDEO

 

 

 

Paylaş: