Xəbər axtarın

Son axtarış nəticələri:

Məcnun Məmmədov Çində səfərdədir

10.10.2026 19:15

Məcnun Məmmədov Çində səfərdədir

Kənd təsərrüfatı naziri Məcnun Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Çin Xalq Respublikasında işgüzar səfərdədir.

Bu barədə Primeinfo.az-a Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilib.

Səfər çərçivəsində Çinin kənd təsərrüfatı və kənd işləri naziri Can Cu ilə görüş nəzərdə tutulub.

Bundan başqa, nümayəndə heyəti Çin Kənd Təsərrüfatı Elmləri Akademiyasına, Pekin Kənd Təsərrüfatı və Meşəçilik Elmləri Akademiyasına, eləcə də kənd təsərrüfatı sahəsində yüksək texnologiya şirkətlərinə də baş çəkəcək.

Paylaş: