Pakistan Baş naziri Məhəmməd Şahbaz Şərif Azərbaycanın “ASAN xidmət” modeli əsasında İslamabadda yaradılmış xidmət mərkəzinin fəaliyyətindən məmnunluğunu bildirib.
Oktyabrın 10-da Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Pakistan İslam Respublikası Müdafiə Qüvvələri Qərargahı arasında imzalanmış “Azərbaycan-Pakistan 12-ci İşçi Qrupu Səviyyəli Görüşün Protokolu”na əsasən, Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) bir qrup hərbi qulluqçusu Pakistanda keçirilən “Birgə xüsusi əməliyyat qüvvələri təlimində” iştirak edib. Nazirlikdən Primeinfo.az-a verilən məlumata görə, Kəraçi şəhərində keçirilən təlimdə xüsusi təyinatlılar terrorçu qruplar tərəfindən ələ keçirilmiş gəminin azad olunması, girovların xilas edilməsi və dalğıc fəaliyyəti üzrə tapşırıqları icra ediblər. Qeyd edək ki, təlim Azərbaycan və Pakistan hərbi qulluqçuları arasında xüsusi əməliyyatların keçirilməsi sahəsində təcrübə mübadiləsinin aparılması, iştirakçı dövlətlərin standart əməliyyat qaydaları ilə tanışlıq, praktiki atışların və dəniz əməliyyatlarının real döyüş şəraitinə uyğunlaşdırılması, eləcə də antiterror əməliyyatları zamanı qarşılıqlı fəaliyyətin uzlaşdırılmasının təmin olunması məqsədilə keçirilib.
Pakistanın Xarici İşlər Nazirliyi (XİN) 20 Sentyabr- Dövlət Suverenliyi Günü ilə bağlı Azərbaycana təbrik ünvanlayıb. Primeinfo.az xəbər verir ki, bu barədə Pakistan XİN “X” sosial şəbəkə hesabında paylaşım edib. “Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan Respublikasının Hökumətinə və xalqına ən səmimi təbriklər!”, – paylaşımda qeyd olunub.
Son bir neçə il ərzində ölkələrimiz arasında nəqliyyat, xüsusilə də kommersiya aviasiyası və logistika əlaqələrində misli görünməmiş artım müşahidə olunub. Pakistanın iki aviaşirkəti – PIA və “Air Blue”, həmçinin AZAL İslamabad və Lahor ilə Bakı arasında birbaşa uçuşlar həyata keçirir. Primeinfo.az xəbər verir ki, bu fikirləri AZƏRTAC-a açıqlamasında Pakistanın Azərbaycandakı səfiri Qasım Mouhiddin deyib.
Bakıda Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə Pakistan İslam Respublikası Müdafiə Qüvvələri Qərargahı arasında “Azərbaycan-Pakistan 12-ci İşçi Qrupu Səviyyəli Görüşü” keçirilib. Bu barədə Primeinfo.az-a Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində keçirilən görüşdə hər iki ölkənin müdafiə qurumları arasında əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Pakistanın Azərbaycandakı səfirliyinə mətbuat və mədəniyyət işləri üzrə konsul təyin olunub. Primeinfo.az xəbər verir ki, konsul vəzifəsinə Rubab Kazmı təyin edilib. O, bu gün bir qrup media nümayəndəsi ilə görüşüb.
Azərbaycan Xarici İşlər Nazirliyi Pakistan Tibbi Elmlər İnstitutunun doğum şöbəsində baş verən yanğında 15 körpənin ölümü ilə bağlı Pakistana başsağlığı verib. Primeinfo.az xəbər verir ki, bu barədə Azərbaycan XİN-in “X” hesabında başsağlığı mesajı yayımlanıb. Mesajda baş verən faciəvi yanğının dərin kədər hissi doğurduğu bildirilib, həlak olanların ailələrinə başsağlığı verilib, Pakistan hökuməti və xalqı ilə həmrəylik ifadə olunub.
Azərbaycan Respublikasının müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev ölkəmizdə səfərdə olan Pakistan İslam Respublikasının Müdafiə Qüvvələri Qərargahının Xarici Hərbi Əməkdaşlıq Baş İdarəsinin rəisi general-mayor Məhəmməd İmran Xan Babarın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Müdafiə Nazirliyindən Primeinfo.az-a verilən xəbərə görə, görüşdə ölkələrimiz arasında münasibətlərin dostluq və qardaşlığa söykəndiyini qeyd edən general-polkovnik Kərim Vəliyev strateji tərəfdaşlığımızın hazırkı vəziyyətindən məmnunluq ifadə edib. Baş Qərargah rəisi müdafiə qurumlarımızın rəhbər heyətləri arasında həyata keçirilən mütəmadi görüşlərin hərbi əlaqələrimizə yeni dinamika və məzmun qatdığını qeyd edib.
Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Pakistanı Müstəqillik Günü münasibətilə təbrik edib. Primeinfo.az xəbər verir ki, bu barədə XİN-in “X” hesabında paylaşım edilib. “Pakistan İslam Respublikasının Müstəqillik Günü münasibətilə qardaş Pakistan xalqını və Pakistan Hökumətini ürəkdən təbrik edirik.