Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: Rəşad Məmmədov

Daşkənddə “Qaynana” tamaşası nümayiş etidirilib - FOTO

Daşkənddə “Qaynana” tamaşası nümayiş etidirilib - FOTO

Daşkənddə Azərbaycanın Özbəkistandakı səfirliyinin tabeliyindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi əsasında görkəmli aktrisa, Xalq artisti Nəsibə Zeynalovanın 110 illiyinə həsr olunan “Qaynana” tamaşası nümayiş etdirilib. Mərkəzdən Primeinfo.az-a bildirilib ki, tamaşa Muqimiy adına Özbəkistan Dövlət Akademik Musiqili Teatrında təqdim olunub. Tədbirdə çıxış edən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Akif Marifli Azərbaycan teatr sənətinin Özbəkistanda təbliği istiqamətində həyata keçirilən layihələrin əhəmiyyətindən danışıb.

Daşkənddə "Qaynana" tamaşası oynanılacaq - FOTO

Daşkənddə "Qaynana" tamaşası oynanılacaq - FOTO

Azərbaycanın Özbəkistandakı səfirliyinin tabeliyində Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi əsasında Daşkənddə “Qaynana” tamaşası təqdim ediləcək. Primeinfo.az xəbər verir ki, bu barədə Azərbaycanın Özbəkistandakı səfiri Rəşad Məmmədov “X” sosial media hesabında paylaşım edib. Səfir bildirib ki, tamaşa Azərbaycan teatr və kino aktrisası Nəsibə Zeynalovanın 110 illik yubileyinə həsr olunacaq.

Rəşad Məmmədov Macarıstanın Özbəkistandakı səfiri ilə görüşüb - FOTO

Rəşad Məmmədov Macarıstanın Özbəkistandakı səfiri ilə görüşüb - FOTO

Azərbaycanın Özbəkistandakı səfiri Rəşad Məmmədov Macarıstanın Özbəkistan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Yojef Roja ilə görüşüb. Primeinfo.az xəbər verir ki, bu barədə Azərbaycanın Özbəkistandakı səfiri  Rəşad Məmmədov sosial media hesabında paylaşım edib. Görüş zamanı Azərbaycan, Macarıstan və Özbəkistan arasında münasibətlərin gündəliyi, Özbəkistanda diplomatik fəaliyyət, eləcə də qarşılıqlı təmasların genişləndirilməsi imkanları barədə fikir mübadiləsi aparılıb.

Daşkənddə Üzeyir Hacıbəyliyə həsr olunmuş tədbir keçirilib - FOTO - VİDEO

Daşkənddə Üzeyir Hacıbəyliyə həsr olunmuş tədbir keçirilib - FOTO - VİDEO

  Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində Azərbaycanın Özbəkistandakı səfirliyinin tabeliyində fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində dahi Azərbaycan bəstəkarı, musiqişünas və pedaqoq, Azərbaycan professional musiqi sənətinin və milli operasının banisi Üzeyir Hacıbəylinin anadan olmasının 141-ci ildönümünə həsr olunmuş tədbir keçirilib. Primeinfo.az xəbər verir ki, bu barədə Azərbaycanın Özbəkistandakı fövqəladə və səlahiyyətli səfiri Rəşad Məmmədov sosial şəbəkədə paylaşım edib. Tədbirdə mərkəzin rəhbəri Akif Marifli çıxış edərək, Azərbaycan və Özbəkistan arasında siyasi, iqtisadi, mədəni və humanitar əlaqələrin uğurla inkişaf etdiyini bildirib.

Azərbaycan və Özbəkistan arasında ədliyyə sahəsində əlaqələrin inkişafı müzakirə olunub - FOTO

Azərbaycan və Özbəkistan arasında ədliyyə sahəsində əlaqələrin inkişafı müzakirə olunub - FOTO

Azərbaycanın Özbəkistandakı səfiri Rəşad Məmmədov Özbəkistanın ədliyyə naziri Akbar Toşqulov ilə iki ölkə arasında ədliyyə sahəsində əlaqələrin inkişafını müzakirə edib. Primeinfo.az xəbər verir ki, səfir bu barədə “X” sosial media hesabında paylaşıb. Bildirilib ki, görüşdə həmçinin Azərbaycan və Özbəkistan arasında dostluq və strateji tərəfdaşlıq münasibətlərinin gündəliyində duran məsələlər barədə də danışılıb.

Azərbaycanın Özbəkistandakı səfirinin etimadnaməsinin surəti qəbul edilib - FOTO

Azərbaycanın Özbəkistandakı səfirinin etimadnaməsinin surəti qəbul edilib - FOTO

Azərbaycanın Özbəkistana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Rəşad Məmmədov etimadnaməsinin surətini Özbəkistan Respublikasının xarici işlər naziri Baxtiyor Saidova təqdim edib. Primeinfo.az xəbər verir ki, bu barədə Özbəkistan XİN-in “X” hesabında bildirilib   Qeyd edilib ki, görüş zamanı siyasi dialoqun yüksək dinamikasının qorunub saxlanmasına, ticarət, iqtisadi və investisiya əməkdaşlığının genişləndirilməsinə, həmçinin nəqliyyat və logistika sahələrində birgə layihələrin irəlilədilməsinə xüsusi diqqət yetirilib. [gallery ids="93999,94000,94001"]