Xəbər axtarın

Son axtarış nəticələri:

Azərbaycan-Qazaxıatan münasibətilərinin mövcud vəziyyəti müzakirə olunub

19.08.2026 23:56

Azərbaycan-Qazaxıatan münasibətilərinin mövcud vəziyyəti müzakirə olunub

Azərbaycan Respublikasının Özbəkistandakı səfiri Rəşad Məmmədov ilə Qazaxıstanın bu ölkədəki səfiri Yerali Tuqcanov arasında görüş keçirilib.

Primeinfo.az xəbər verir ki, görüş zamanı Azərbaycan–Qazaxıstan münasibətlərinin mövcud vəziyyəti və inkişaf perspektivləri, həmçinin diplomatik nümayəndəliklər arasında əməkdaşlığın gücləndirilməsi məsələləri müzakirə olunub.

Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlıq və qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlərə yer ayrılıb. Tərəflər Mərkəzi Asiyada regional əməkdaşlıq, nəqliyyat-logistika, ticarət və investisiya əlaqələrinin genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparıb.

Paylaş: