
ABŞ Prezidenti Donald Tramp bildirib ki, Rusiya lideri Vladimir Putin Vaşinqtonun vasitəçiliyi ilə Ermənistan və Azərbaycan arasında əldə olunan razılaşmalara təəccüblənərək münaqişəni 10 il ərzində həll etməyə çalışsa da, buna nail ola bilmədiyini etiraf edib.
Primeinfo.az xəbər verir ki, Tramp bu barədə Nyu-York ştatının Sirakuz şəhərində tərəfdarları qarşısında çıxışı zamanı danışıb.
“Prezident Putin mənə dedi ki, “Bu münaqişəni həll edə bildiyinizə inana bilmirəm. Mən 10 il ərzində bunu etməyə çalışmışam”, – Tramp qeyd edib.
Ağ Ev rəhbəri Ermənistan və Azərbaycan arasında münaqişənin uzun illər davam etdiyini xatırladıb.