Oktyabrın 9-da Türkmənistanın Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclası keçirilir. Primeinfo.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə çıxış edib. [gallery ids="113745,113746"]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkmənistana işgüzar səfəri zamanı 9 oktyabr 2026-cı ildə Türkmənbaşı şəhərində Avaza Milli Turizm Zonasında keçirilmiş Xəzər Ekoloji Sammitində iştirak edib. Primeinfo.az xəbər verir ki, tədbirin nəticəsi olaraq, Xəzər Ekoloji Sammitinin yekunlarına dair Xəzəryanı Dövlətlərin Başçılarının Qərarı imzalanıb. Qərarda Azərbaycan Respublikası, İran İslam Respublikası, Qazaxıstan Respublikası, Rusiya Federasiyası və Türkmənistanın prezidentlərinin Xəzər dənizinin səviyyəsinin enməsi ilə bağlı problemlərin həlli üçün beştərəfli əməkdaşlığın səmərəliliyinin artırılması məqsədilə aşağıdakılara dair qərar qəbul etdikləri bildirilir: – Azərbaycan Respublikasının, Qazaxıstan Respublikasının və Türkmənistanın hökumət başçılarının müavinləri, İran İslam Respublikasının və Rusiya Federasiyasının yüksək vəzifəli nümayəndələri səviyyəsində Komissiyanın təsis edilməsi.
Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir. Primeinfo.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında bildirib. Son illərdə Xəzəryanı ölkələrin geniş hüquqi çərçivə yaratdığını vurğulayan dövlətimizin başçısı Azərbaycanın demək olar bütün beştərəfli beynəlxalq hüquqi sənədlərin tərəfi olduğunu deyib.