Xəbər axtarın

Son axtarış nəticələri:

Rubio: "Tramp Türkiyənin F-35-ləri almasını istəyir"

08.10.2026 15:34

Rubio: "Tramp Türkiyənin F-35-ləri almasını istəyir"

ABŞ Prezidenti Donald Tramp Türkiyənin artıq ödənişini etdiyi F-35 qırıcılarını almasını istəyir.

Primeinfo.az xəbər verir ki, bunu ABŞ Dövlət katibi Marko Rubio Yunanıstanın “Kathimerini” qəzetinə müsahibəsində deyib.

Rubionun sözlərinə görə, ABŞ qanunvericiliyi Türkiyənin Rusiyadan aldığı S-400 hava hücumundan müdafiə sistemləri ilə bağlı məsələ həll olunana qədər F-35 qırıcılarının Ankaraya təhvil verilməsini qadağan edir.

O bildirib ki, Türkiyə bu hüquqi məhdudiyyətlərdən xəbərdardır və problemin mümkün həlli yollarını araşdırır.

Paylaş: