Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə ABŞ dövlət katibi Marko Rubio arasında telefon danışığı olub. Primeinfo.az xəbər verir ki, Xarici İşlər Nazirliyinin məlumatına görə, oktyabrın 5-də baş tutan telefon danışığı zamanı Azərbaycan-ABŞ ikitərəfli strateji tərəfdaşlıq münasibətlərinin cari vəziyyəti və inkişaf perspektivləri, eləcə də Azərbaycan-Ermənistan normallaşma prosesi müzakirə edilib. Tərəflər 2025-ci il avqustun 8-də Vaşinqtonda keçirilmiş zirvə görüşündən sonra ikitərəfli münasibətlərdə strateji tərəfdaşlığın inkişafı istiqamətində əldə olunan irəliləyişləri qeyd ediblər.
AQEM Günü münasibətilə Azərbaycan Xarici İşlər Nazirliyi Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) bütün üzv dövlətlərini və tərəfdaşlarını təbrik edib. Primeinfo.az xəbər verir ki, bu barədə Azərbaycan XİN-in “X” hesabında paylaşım edilib. “Azərbaycan AQEM-in Asiyada dialoqun, qarşılıqlı etimadın və əməkdaşlığın təşviqindəki unikal rolunu yüksək qiymətləndirir.
Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Lesotonun Müstəqillik Gününü təbrik edib.
Azərbaycan Xarici İşlər Nazirliyi Almaniya, Koreya Respublikası və İraqı Milli günləri münasibətilə təbrik edib.
Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) rəhbər heyəti 27 Sentyabr – Anım Günü ilə əlaqədar Zəfər parkını ziyarət edib. Bu barədə Primeinfo.az-a XİN-dən məlumat verilib. Bildirilib ki, abidənin önünə gül dəstələri qoyulub, Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünün bərpası uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi dərin ehtiramla yad olunub.
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Türkmənistanı Milli Gün münasibətilə təbrik edib. Primeinfo.az xəbər verir ki, bu barədə nazirliyin “X” sosial şəbəkə hesabında paylaşım edilib. “Qardaş Türkmənistan xalqını və hökumətini Türkmənistanın Milli Günü münasibətilə səmimi-qəlbdən təbrik edirik!
Gürcüstan Patriarxlığının Azərbaycanın ərazisində yerləşən Kürmük məbədi ilə bağlı verdiyi son açıqlama Azərbaycan ilə Gürcüstan arasında mövcud olan dostluq, tərəfdaşlıq və mehriban qonşuluq münasibətlərinin ruhuna ziddir.
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan Respublikasının xarici işlər və beynəlxalq ticarət naziri Ararat Mirzoyan Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası çərçivəsində Nyu-Yorkda görüş keçiriblər.
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Nyu-Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Sent-Vinsent və Qrenadinin xarici işlər, xarici ticarət, xarici investisiyalar və diaspor məsələləri naziri Dvayt Fitscerald Bramblla görüşüb. Primeinfo.az xəbər verir ki, bu barədə XİN-in “X” hesabında paylaşım edilib. Görüşdə Azərbaycan ilə Sent-Vinsent və Qrenadin arasında münasibətlərin hazırkı vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub.
23 sentyabr tarixində BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Azərbaycanın inkişaf etməkdə olan kiçik ada dövlətlərinin mədəni və təbii irsinin qorunmasına yönəlmiş beynəlxalq texniki yardım proqramı təqdim olunub. Bu barədə Primeinfo.az-a XİN-dən məlumat verilib. Məlumata görə, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə keçirilən “Ada irsindən Ümumdünya İrsinə” mövzusunda tədbirdə kiçik ada dövlətlərinin nazirləri, BMT yanında daimi nümayəndələri, diplomatik korpusun üzvləri və digər yüksək vəzifəli nümayəndələr iştirak edib.