
Azərbaycan Xarici İşlər Nazirliyi Tbilisidə yaşayış binasında baş verən faciəvi partlayışla bağlı Gürcüstana başsağlığı verib.
Primeinfo.az xəbər verir ki, bu barədə Azərbaycan XİN-in “X” hesabında paylaşım edilib.
Nazirlik həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verib, faciədən zərər çəkənlərin yanında olduğunu bildirib və xəsarət alanlara tezliklə və tam sağalmalarını arzulayıb.
Qeyd edək ki, noyabrın 19-da Tbilisinin Zemo Poniçala qəsəbəsində beşmərtəbəli yaşayış binasında qaz qızdırıcısının partlaması nəticəsində binanın bir hissəsi dağılıb. Hadisə nəticəsində 5 nəfər həlak olub, dağıntılar altında qalan sonuncu şəxsin axtarışları davam etdirilir.