
Şençjendə ABŞ, Çin və Rusiya liderləri Donald Tramp, Si Cinpin və Vladimir Putinin üçtərəfli görüşü başlayıb.
Primeinfo.az bu barədə TASS xəbər agentliyinə istinadən bildirir.
Məlumata görə, danışıqlar Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığı (APEC) sammiti çərçivəsində keçirilir.
Bu, üç liderin qeyd olunan formatda ilk rəsmi görüşüdür.

“Reuters”in məlumatına görə, üçtərəfli danışıqlara bir saat vaxt ayrılıb. Rusiya daha əvvəl birgə bəyanatın layihəsi ilə bağlı təkliflərini Çinə təqdim etsə də, tərəflərin yekun sənədi razılaşdıra bilib-bilməyəcəyi hələlik məlum deyil.
Qeyd edilir ki, gündəlikdə beynəlxalq təhlükəsizlik və nüvə tərksilahı məsələlərinin əsas müzakirə mövzuları olacağı gözlənilir. Bundan başqa, liderlər İran ətrafındakı vəziyyətə, Ukraynadakı müharibəyə və ticari-iqtisadi əməkdaşlığın perspektivlərinə də toxuna bilərlər.
Daha əvvəl ABŞ Prezidenti Donald Tramp nüvə silahlarının azaldılmasını müzakirə etmək niyyətində olduğunu bildirmişdi. Vaşinqtonda qeyd ediblər ki, danışıqların mövzularından biri İran ətrafındakı vəziyyət olacaq.