Xəbər axtarın

Son axtarış nəticələri:

Əli Xamneyi və ailə üzvlərinin öldürülməsi işi üzrə 92 ABŞ və 67 İsrail vətəndaşı ilə bağlı İTTİHAM AKTI

17.11.2026 21:57

Əli Xamneyi və ailə üzvlərinin öldürülməsi işi üzrə 92 ABŞ və 67 İsrail vətəndaşı ilə bağlı İTTİHAM AKTI

İran Məhkəmə-Hüquq Sisteminin sözçüsü Əli Kazemi İranın keçmiş Ali Rəhbəri Əli Xamneyi və onun ailə üzvlərinin öldürülməsi ilə bağlı cinayət işinin son vəziyyəti barədə məlumat verib.

Primeinfo.az-ın məlumatına görə, o, keçirdiyi mətbuat konfransında bildirib ki, prokurorluq mərhələsində aparılan araşdırma və zəruri hüquqi tədbirlərdən sonra keçmiş Ali Rəhbərin öldürülməsi ilə nəticələnən hücumlarda ittiham olunan 92 ABŞ vətəndaşı və 67 İsrail vətəndaşı olmaqla, ümumilikdə 159 nəfər barəsində ittiham aktı tərtib edilib.

Kazemi əlavə edib ki, ittiham aktı təsdiqləndikdən sonra işə baxılması üçün İslam İnqilabı Məhkəməsinə göndərilib.

O, həmçinin məhkəmə araşdırmasının keçmiş Ali Rəhbərin öldürülməsi ilə yanaşı, onun ailə üzvlərinin öldürülməsi məsələsini də əhatə etdiyini bildirib.

Paylaş: