
“Turkish Cargo” İstanbul–İrəvan–İstanbul marşrutu üzrə ilk müntəzəm yük reysini həyata keçirib.
Primeinfo.az xəbər verir ki, bu barədə “Aeroportist” məlumat yayıb.
Bildirilib ki, yeni istiqamət Türkiyə ilə Ermənistan arasında sabit yükdaşımaların təşkilinə imkan yaradacaq.
“Turkish Airlines” şirkətinin yükdaşıma bölməsinə məxsus reysin əsas məqsədi Türkiyə ilə Ermənistan arasında yük daşımalarının davamlı və etibarlı şəkildə təşkil edilməsidir.
Qeyd edək ki, “Turkish Airlines” 2026-cı ilin mart ayından etibarən İstanbul-İrəvan marşrutu üzrə müntəzəm sərnişin uçuşları da həyata keçirir.