Xəbər axtarın

Son axtarış nəticələri:

Çin Si Cinpin, Tramp və Putinin görüşünü təsdiqləyib

16.11.2026 11:13

Çin Si Cinpin, Tramp və Putinin görüşünü təsdiqləyib
Çin Sədri Si Cinpin noyabrın 19-da Şençjendə keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammiti çərçivəsində ABŞ Prezidenti Donald Tramp və Rusiya lideri Vladimir Putin ilə üçtərəfli görüş keçirəcək.

Primeinfo.az-ın “Report”a istinadən məlumatına görə, bunu Çinin Xarici İşlər Nazirliyi təsdiqləyib.

“Noyabrın 19-da Çin Sədri Si Cinpin Şençjendə Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Trampla görüş keçirəcək”, – XİN-in açıqlamasında deyilir.

Tədbirin üçtərəfli formatda keçiriləcəyi dəqiqləşdirilib.

Pekin əvvəllər belə görüşü rəsmən təsdiqləməyib. “Reuters” mənbələrə istinadən bildirib ki, Çin Putin, Tramp və Si Cinpin arasında keçirilən görüşdə Rusiya-Ukrayna münaqişəsinin müzakirəsinə qarşıdır.

Paylaş: