Xəbər axtarın

Son axtarış nəticələri:

Özbəkistan universitetlərində ortaq tarixi köklərimiz və mənəvi dəyərlərimiz təbliğ olunub - FOTO

14.11.2026 11:45

Özbəkistan universitetlərində ortaq tarixi köklərimiz və mənəvi dəyərlərimiz təbliğ olunub - FOTO

Azərbaycanın Özbəkistandakı səfirliyinin tabeliyində Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin “Mədəniyyət laboratoriyası” layihəsi çərçivəsində azərbaycanlı alim, Ankara Hacı Bayram Veli Universitetinin dosenti, tarix üzrə fəlsəfə doktoru Mərziyə Məmmədli tərəfindən Özbəkistanın bir sıra ali təhsil müəssisələrində “Mədəni yaxınlıqdan siyasi müttəfiqliyə: Azərbaycan–Özbəkistan münasibətlərində ortaq kimliyin rolu” mövzusunda ustad dərsləri və seminarlar keçirilib.

Mərkəzdən Primeinfo.az-a bildirilib ki, seminarlar Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə Daşkənd Dövlət Şərqşünaslıq Universitetində, Buxara Dövlət Universitetində və Səmərqənd Dövlət İqtisad və Servis İnstitutunda yaradılmış Azərbaycanşünaslıq mərkəzlərində təşkil olunub.

“Ortaq irsimizin öyrənilməsi” istiqamətində keçirilən seminarlarda Azərbaycan və özbək xalqlarını birləşdirən ortaq tarixi köklər, mənəvi dəyərlər və mədəni yaxınlıq məsələləri müzakirə olunub.

Dosent Mərziyə Məmmədli çıxışlarında Azərbaycan–Özbəkistan münasibətlərinin ortaq tarixi irsə, zəngin mənəvi dəyərlərə və mədəni yaxınlığa əsaslanan qardaşlıq xarakterini xüsusi qeyd edib. O bildirib ki, əsrlər boyu formalaşaraq nəsildən-nəslə ötürülən bu bağlılıq xalqlar arasında qarşılıqlı ehtiramı və həmrəyliyi möhkəmləndirir. Onun sözlərinə görə, ortaq tarixi-mədəni irsin qorunması və öyrənilməsi iki ölkə arasında əbədi dostluq və strateji tərəfdaşlıq münasibətlərinin daha da inkişafına mühüm töhfə verir.

İnteraktiv müzakirələr şəraitində keçən tədbirlərdə iştirakçıları maraqlandıran suallar cavablandırılıb, mövzuya dair təqdimatlar nümayiş etdirilib.

Özbəkistan universitetlərində ortaq tarixi köklərimiz və mənəvi dəyərlərimiz təbliğ olunub - FOTO Özbəkistan universitetlərində ortaq tarixi köklərimiz və mənəvi dəyərlərimiz təbliğ olunub - FOTO Özbəkistan universitetlərində ortaq tarixi köklərimiz və mənəvi dəyərlərimiz təbliğ olunub - FOTO Özbəkistan universitetlərində ortaq tarixi köklərimiz və mənəvi dəyərlərimiz təbliğ olunub - FOTO Özbəkistan universitetlərində ortaq tarixi köklərimiz və mənəvi dəyərlərimiz təbliğ olunub - FOTO

Paylaş: