Xəbər axtarın

Son axtarış nəticələri:

Monteneqro Prezidentindən Azərbaycan vətəndaşlarına viza rejimi tətbiq etməsinə AYDINLIQ

12.11.2026 17:30

Monteneqro Prezidentindən Azərbaycan vətəndaşlarına viza rejimi tətbiq etməsinə AYDINLIQ

Monteneqro Prezidenti Yakov Milatoviç ölkəsinin Azərbaycan vətəndaşlarına viza rejimi tətbiq etməyə başlamasına münasibət bildirib.

Primeinfo.az xəbər verir ki, Yakov Milatoviç Avropa Siyasi Birliyinin sammitindən əvvəl jurnalistlərə açıqlamasında deyib ki, Monteneqro bu il noyabrın 1-dən etibarən Avropa İttifaqına üzvlük prosesinin bir hissəsi olaraq viza rejimini tam şəkildə Avropa İttifaqının viza rejiminə uyğunlaşdırıb.

“Bu, Avropa İttifaqına uğurlu üzvlük prosesimizin tərkib hissəsidir. Bizdən tələb olunan məhz bu idi və biz bunu həyata keçirmişik”, – o məsələyə aydınlıq gətirib.

Paylaş: