
Azərbaycancanlı gənc idmançılar Qazaxıstanın Kökşetau şəhərində əməkdar məşqçi Axmetjan Kazımbetovun xatirəsinə həsr olunmuş turnirdə 8 medal qazanıblar.
Primeinfo.az xəbər verir ki, Memorialda U-17 millisinin rəhbərliyi altında 8 Azərbaycan güləşçisi fəxri kürsüyə qalxıb.
Qeyd edək ki, Yusif Abdullayev, Süleyman Şirinov, İbrahim Həsənov və Elcan Həsənov – qızıl, Hüseyn Rzazadə, Elvin Nəcəfzadə – gümüş, Tunar Hüseynov və Nicat Mustafayev isə bürünc medala layiq görülüb.