Xəbər axtarın

Son axtarış nəticələri:

Aqrar məhsul istehsalı daha 3 il müddətinə ƏDV-dən azad ediləcək

10.11.2026 16:17

Aqrar məhsul istehsalı daha 3 il müddətinə ƏDV-dən azad ediləcək
Azərbaycanda istehsal olunan (o cümlədən, sənaye üsulu ilə) kənd təsərrüfatı məhsullarının satışı üzrə dövriyyənin daha 3 il müddətinə – 2029-cu ilin sonuna qədər əlavə dəyər vergisindən (ƏDV) azad edilməsi nəzərdə tutulur.

Primeinfo.az xəbər verir ki, bu, Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb.

Sənəd 2027-ci ilin büdcə zərfinə daxildir.

Bundan başqa, layihəyə əsasən buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı, eləcə də satışı daha 3 il müddətinə – 2029-cu ilin sonuna qədər ƏDV-dən azad olunacaq.

 

Paylaş: