Xəbər axtarın

Son axtarış nəticələri:

Ərdoğan: "Türkiyə-Azərbaycan qardaşlığına heç kim kölgə sala bilməz"

09.11.2026 14:11

Ərdoğan: "Türkiyə-Azərbaycan qardaşlığına heç kim kölgə sala bilməz"

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycandan qayıdarkən təyyarədə jurnalistlərin suallarını cavablandırıb.

Primeinfo.az xəbər verir ki, Ərdoğan Türkiyə və Azərbaycanın bir-birinə qırılmaz tellərlə bağlı olduğunu bildirib.

O, fitnə ocaqlarına baxmayaraq, iki ölkənin əməkdaşlığının bir çox sahədə meqa layihələrlə daha da möhkəmləndirildiyini qeyd edib.

“Qardaşlığımıza heç kim kölgə sala bilməz”, – Türkiyə Prezidenti vurğulayıb.

Ərdoğan, həmçinin iki ölkə arasına məsafə qoymağa çalışanların xalqların bir-birinə olan sevgisini, tarixi bağlarını və sarsılmaz iradəsini nəzərə almadıqlarını bildirib.

Paylaş: