Xəbər axtarın

Son axtarış nəticələri:

Tramp vəzifədən getməzdən əvvəl qərarlar İMZALAYACAQ

09.11.2026 13:38

Tramp vəzifədən getməzdən əvvəl qərarlar İMZALAYACAQ

ABŞ Prezidenti Donald Tramp 2029-cu ilin yanvarında səlahiyyət müddəti başa çatmazdan əvvəl köməkçiləri və müşavirləri üçün çoxsaylı qabaqlayıcı əfv qərarları imzalamaq niyyətində olduğunu bildirib.

Primeinfo.az xəbər verir ki, bu barədə o, CBS News telekanalına müsahibəsində danışıb.

“Mən çox sayda əfv qərarı imzalamaq niyyətindəyəm”, – Tramp deyib.

ABŞ lideri zarafatla bildirib ki, ikinci prezidentlik dövründə Ağ Evin Oval kabinetinə hətta min mil məsafədə yaxınlaşmış şəxsləri belə demokratların mümkün hüquqi təqiblərindən qorumaq istəyir.

“Mən istəmirəm ki, ölkəyə xidmət edən və işini əla yerinə yetirən insanlar həyatlarının qalan hissəsini mənim kimi keçirsinlər. Mən dörd ilimi radikal şəxslərdən və ağılsız insanlardan müdafiə olunmağa sərf etdim”, – prezident qeyd edib.

Trampdan özünə də qabaqlayıcı əfv tətbiq edib-etməyəcəyi soruşulub.

O, buna ehtiyac görmədiyini bildirsə də, belə bir addımın əsassız olmayacağını vurğulayıb.

ABŞ Prezidenti özünü əfv etmək səlahiyyətinə malik olub-olmadığı barədə suala isə “Bəli, belə hesab edirəm”, – deyə cavab verib.

Paylaş: