
Vətən Müharibəsi Qəhrəmanı, Quru Qoşunlarının komandanı general-polkovnik Hikmət Mirzəyev “Zəfər Günü” tədbirləri çərçivəsində şəhid övladları ilə görüş keçirib.
Görüş zamanı general-polkovnik şəhidlərimizin döyüş yolu, göstərdikləri qəhrəmanlıq və Vətən uğrunda fədakarlıqlarından danışıb, şəhid övladları ilə səmimi söhbət edərək onların xatirələrini dinləyib.
Sonda Hikmət Mirzəyev şəhid övladlarına təhsil və gələcək həyat yollarında uğurlar arzulayıb, onlara hədiyyələr təqdim edib.
