
Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif 8 noyabr – Zəfər Günü münasibətilə Prezidenti İlham Əliyevi və Azərbaycan xalqını təbrik edib.
Primeinfo.az xəbər verir ki,bu barədə baş nazir “X” sosial şəbəkə hesabında paylaşım edib.
“Zəfər Gününün altıncı ildönümündə əziz qardaşım – Prezident İlham Əliyevə, eləcə də rəşadətli və qardaş Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırıram.
Pakistan həmin dövrdə Azərbaycanın yanında olmaqdan qürur duyurdu və biz dəyişməz olaraq Azərbaycanın yanındayıq. Keçən il Bakıda keçirilən və Prezident Əliyevlə birlikdə iştirak etmək şərəfinə nail olduğum Zəfər Günü paradı xalqlarımız arasındakı sarsılmaz bağları parlaq şəkildə nümayiş etdirdi.
Qoy Azərbaycan daha da güclənsin və çiçəklənsin, Cənubi Qafqazda isə davamlı sülh və ümumi rifah bərqərar olsun. Zəfər Günün mübarək!”, – deyə Məhəmməd Şahbaz Şərif bildirib.