
Fransanın hava məkanından uçan 4 təyyarədə bomba xəbərdarlığı qeydə alınıb.
Primeinfo.az xəbər verir ki, bununla bağlı Fransa Baş nazirinin ofisi məlumat yayıb.
Bildirilib ki, bütün təyyarələr təhlükəsiz şəkildə eniş edib və bomba zərərsizləşdirmə komandaları yoxlama aparır.
Avropada təyyarə reyslərinə qarşı bomba təhdidlərinin mənbəyinin müəyyən edilməsi üzərində iş aparıldığı bildirilib.
Qeyd edək ki, təkcə dünən Avropada 30-a yaxın aviareyslə bağlı saxta bomba xəbərdarlığı yayılıb.