Xəbər axtarın

Son axtarış nəticələri:

Paşinyan: "Ermənistan-Türkiyə sərhədindəki tarixi Ani körpüsünün bərpası tezliklə olacaq"

05.11.2026 17:33

Paşinyan: "Ermənistan-Türkiyə sərhədindəki tarixi Ani körpüsünün bərpası tezliklə olacaq"

Ermənistan-Türkiyə sərhədində yerləşən tarixi Ani körpüsündə bərpa işlərinə yaxın vaxtlarda başlanılacaq.

Primeinfo.az “Armenpress”ə istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün brifinq zamanı bildirib.

“Körpünün bərpası üzrə birgə işin aparılması razılaşdırılıb. Birgə layihə təsdiq edilib və prosedur çətinliklərin qarşısını almaq üçün qərara alınıb ki, Türkiyə tərəfi tender elan edəcək, Ermənistan Respublikası da qalib şirkətlə müqavilə imzalayacaq. Yaxın vaxtlarda biz bu prosedurlardan keçəcəyik və tarixi Ani körpüsünün bərpası prosesi başlayacaq”, – Nikol Paşinyan qeyd edib.

Qeyd edək ki, bu il mayın 4-də İrəvanda Avropa Siyasi Birliyinin VIII sammiti çərçivəsində Ermənistan və Türkiyə Ani körpüsünün bərpası ilə bağlı anlaşma memorandumu imzalayıblar.

Paylaş: