Xəbər axtarın

Son axtarış nəticələri:

Türkiyə MN: "Sərhəddə əsgərin öldüyü hadisədə atəşin İrandan açıldığı ehtimal edilir"

05.11.2026 17:21

Türkiyə MN: "Sərhəddə əsgərin öldüyü hadisədə atəşin İrandan açıldığı ehtimal edilir"

Sərhəddə Türkiyə hərbçisinin öldüyü hadisədə atəşin İran tərəfindən açıldığı ehtimal edilir.

Primeinfo.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi Türkiyə-İran sərhədində baş verən və hərbçinin ölməsi ilə nəticələnən hadisə ilə bağlı yaydığı açıqlamada bildirilib.

Qeyd edilib ki, oktyabrın 31-də Türkiyə-İran sərhədində qanunsuz keçidin qarşısını almaq üçün müdaxilə zamanı atəş açılıb və nəticədə əsgər Yusuf Sait Ünlü öldürülüb.

Hadisənin bütün təfərrüatlarının aydınlaşdırılması məqsədilə araşdırma başladılıb. İran tərəfinin də hadisə ilə bağlı hüquqi və inzibati araşdırma apardığı qeyd olunub.

Paylaş: