
“Türk dövlətləri təşkilatına üzv olmağın şərtləri var. Türk soyundan gəlməli və türk dillərindən birində danışmağı lazımdır. Məsələn, Macarıstan müşahidəçi üzvdür. Çünki macar dili də türk dil qrupuna aiddir. Beləliklə, Rusiyanın təşkilatda müşahidəçi qismində iştirakı ehtimalı yoxdur”.
Primeinfo.az xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı keçmiş səfiri, İMZA Sosial İnkişafa Dəstək İctimai Birliyinin Türkiyədəki nümayəndəsi Hulusi Kılıç bildirib.
O, bu barədə AKP-nin sədr müavini Kürşat Zorlunun da açıqlama verdiyini xatırladıb.
“Zorlu Ankaranın bu təklifə veto qoyduğunu bəyan edib. Türk dövlətləri təşkilatı ailə məclisidir və bu məclisə daxil olanlar eyni dildə danışmalıdır”, – deyə H.Kılıç əlavə edib.
Davamı “Qırmızı masa”da: