Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ)

Yol polisindən hava ilə bağlı sürücülərə MÜRACİƏT

Yol polisindən hava ilə bağlı sürücülərə MÜRACİƏT

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi əlverişsiz hava şərtləri ilə bağlı hərəkət iştirakçılarına müraciət edib. İdarədən Primeinfo.az-a verilən xəbərə görə, müraciətdə deyilir: “Milli Hidrometeorologiya Xidməti Bakıda və Abşeron yarımadasında, eləcə də bəzi bölgələrdə küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib. Baş Dövlət Yol Polisi İdarəsi əlverişsiz hava şərtlərinin yollarda yarada biləcək təhlükənin qarşısının alınması üçün hərəkət iştirakçılarından ehtiyatlı olmağı, yol hərəkəti qaydalarına ciddi riayət etməyi xahiş edir.

Yol polisindən dumanlı hava ilə bağlı XƏBƏRDARLIQ

Yol polisindən dumanlı hava ilə bağlı XƏBƏRDARLIQ

“Hazırda respublika ərazisində müşahidə olunan dumanlı hava şəraiti ilə əlaqədar Abşeron yarımadası da daxil olmaqla bir sıra bölgələrdə görünüş məsafəsi məhdudlaşıb”. Bu barədə Primeinfo.az-a Baş Dövlət Yol Polis İdarəsindən məlumat verilib. “Dumanlı hava xüsusilə səhər və axşam saatlarında sürücünün görünüş dairəsini əhəmiyyətli dərəcədə azaldır ki, bu da ağır yol-nəqliyyat hadisələrinə, o cümlədən zəncirvari toqquşmalara zəmin yaradır.

DYP-dən payız-qış mövsümünə hazırlıqla bağlı XƏBƏRDARLIQ

DYP-dən payız-qış mövsümünə hazırlıqla bağlı XƏBƏRDARLIQ

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi avtonəqliyyat vasitələrinin payız-qış mövsümünə hazırlığı ilə bağlı xəbərdarlıq edib. İdarədən Primeinfo.az-a verilən məlumatda bildirilib ki, qış fəsli yaxınlaşdıqca nəqliyyat vasitələrinin mövsümə uyğun təchizatına diqqət ayrılmalıdır: “Təbii ki, qarlı, buzlu, sürüşkən yolda avtomobil idarə etmək çətin və təhlükəlidir. Belə şərtlər altında mənzil başına təhlükəsiz çatmaq isə təcrübə ilə yanaşı, avtomobilin mövsümə uyğun təchizatından birbaşa aslıdır.

BDYPİ-dən skuter sürənlərə ÇAĞIRIŞ - VİDEO

BDYPİ-dən skuter sürənlərə ÇAĞIRIŞ - VİDEO

Son dövrlər elektroskuterlərdən istifadə edən şəxslər tərəfindən yol hərəkəti qaydalarının pozulması halları müşahidə olunur. Primeinfo.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib. Bildirilib ki, xüsusilə bir elektroskuterdə iki nəfərin hərəkət etməsi, işıqforun qadağanedici siqnalına əməl olunmaması, qəfil və təhlükəli manevrlərin edilməsi, eləcə də piyadaların hərəkətinə maneə yaradılması ciddi narahatlıq doğurur.

BDYPİ-dən piyadalara XƏBƏRDARLIQ

BDYPİ-dən piyadalara XƏBƏRDARLIQ

Ötən həftəsonu Tovuz və Goranboy rayonları ərazisində qeydə alınan piyadavurma hadisələri hələ də yollarda təhlükəsizlik kimi həyat əhəmiyyətli məsələyə biganə yanaşanların sayının az olmadığını göstərir. Primeinfo.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi piyadalara müraciət edib. Belə ki, Tovuzun Əyyublu kənd sakini Ə.Məmmədov, saat 21:00 radələrində idarə etdiyi “VAZ” markalı avtomobillə Bakı-Qazax yolunun 423-cü kilometrində hərəkətdə olarkən yolu keçməyə çalışan həmkəndlisi A.Əsgərovu vurub.

BDYPİ sürücülərə xəbərdarlıq edib

BDYPİ sürücülərə xəbərdarlıq edib

Hazırda Azərbaycanda müşahidə olunan yağışlı və dumanlı hava şəraiti, eləcə də həftəsonu avtomobil yollarında hərəkət intensivliyinin artacağı gözlənildiyindən sürücülərə diqqətli olmaları tövsiyə edilib. Primeinfo.az xəbər verir ki,bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb. Bildirilib ki, xüsusilə gecə və səhər saatlarında dumanlı və çiskinli hava şəraiti yollarda görünüş məsafəsini əhəmiyyətli dərəcədə məhdudlaşdırır.

DYP-dən ÇAĞIRIŞ: Azyaşlılarla hərəkət zamanı...

DYP-dən ÇAĞIRIŞ: Azyaşlılarla hərəkət zamanı...

Baş Dövlət Yol Polisi İdarəsi piyadaları azyaşlılarla hərəkət zamanı təhlükəsizlik qaydalarına əməl etməyə çağırıb. Bu barədə Primeinfo.az-a qurumdan məlumat verilib. Bildirilib ki, piyadaların iştirakı ilə qeydə alınan yol-nəqliyyat hadisələrinin təhlili bu qəbildən olan qəzaların əksəriyyətinin piyada zolaqlarının, yaxud yeraltı və ya yerüstü piyada keçidlərinin yaxınlığında, xüsusilə sutkanın qaranlıq vaxtı baş verdiyini göstərir: “Bu səbəbdən Baş Dövlət Yol Polisi İdarəsi bir daha piyadalara müraciət edərək, onları yolu keçərkən diqqətli olmağa, o cümlədən telefon, qulaqlıq və digər bu kimi vasitələrdən istifadə etməkdən çəkinməyə, eynisəviyyəli piyada keçidlərində ləngiməməyə, yolu yalnız onların hərəkəti üçün nəzərdə tutulmuş yerlərdən keçməyə, svetoforun tələblərinə riayət etməyə, xüsusilə azyaşlı uşaqlarla hərəkət zamanı təhlükəsizlik qaydalarına qeyd-şərtsiz əməl etməyə çağırır”.

BDYPİ-dən əhaliyə müraciət - VİDEO

BDYPİ-dən əhaliyə müraciət - VİDEO

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) ətraf mühitin qorunması ilə bağlı əhaliyə müraciət ünvanlayıb. Bu barədə Primeinfo.az-a idarədən məlumat verilib. Bildirilib ki, avtomobillərdən atmosferə atılan zərərli tullantıların qarşısının alınması məqsədilə BDYPİ aidiyyəti qurumlarla birgə növbəti dəfə “Təmiz hava” aylığına start verib.

Yol polisindən küləkli hava  ilə bağlı sürücülərə MÜRACİƏT

Yol polisindən küləkli hava  ilə bağlı sürücülərə MÜRACİƏT

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət edib. Bu barədə Primeinfo.az-a İdarədən məlumat verilib. Qeyd edilib ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, oktyabrın 19-da Bakı və Abşeron yarımadasında, eləcə də respublikanın bir sıra bölgələrində güclü külək gözlənilir.