Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ)

BDYPİ-dən XƏBƏRDARLIQ: Dəmir yolu keçidləri təhlükəlidir! - VİDEO

BDYPİ-dən XƏBƏRDARLIQ: Dəmir yolu keçidləri təhlükəlidir! - VİDEO

Dəmir yolu keçidlərində təhlükəsizlik qaydalarına əməl olunmaması ağır yol-nəqliyyat hadisələrinə səbəb ola bilər. Primeinfo.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb. Bildirilib ki, Salyan-Salmanlı dəmir yolu sahəsində qorunmayan keçiddə “Mercedes” markalı avtomobilin sürücüsü relslər üzərində məcburi dayandığından hərəkətdə olan qatarla toqquşma baş verib.

Yol polisindən yağışlı hava ilə bağlı ÇAĞIRIŞ

Yol polisindən yağışlı hava ilə bağlı ÇAĞIRIŞ

Yağışlı və çiskinli hava yollarda qəza riskini artırır. Sürücülər və piyadalar belə hava şəraitində daha diqqətli olmalı, təhlükəsizlik qaydalarına ciddi əməl etməlidirlər. Primeinfo.az xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin hərəkət iştirakçılarına müraciətində bildirilib.

BDYPİ-dən hava proqnozu ilə bağlı sürücülərə MÜRACİƏT 

BDYPİ-dən hava proqnozu ilə bağlı sürücülərə MÜRACİƏT 

Baş Dövlət Yol Polisi İdarəsi hava şəraitində gözlənilən dəyişikliklərlə əlaqədar sürücülərə müraciət edib. Bu barədə Primeinfo.az-a BDYPİ-dən məlumat verilib. Bildirilib ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, oktyabr ayının 2-dən etibarən ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, temperaturun ötən günlərlə müqayisədə aşağı enəcəyi, fasilələrlə yağıntıların olacağı, bəzi yerlərdə yağışın leysan xarakterli intensiv, eləcə də küləyin ayrı-ayrı vaxtlarda güclənəcəyi gözlənilir: “Baş Dövlət Yol Polisi İdarəsi hava şəraitində gözlənilən dəyişikliklərlə əlaqədar sürücüləri xüsusilə diqqətli olmağa çağırır.

Yol polisindən at arabalarını idarə edənlərə XƏBƏRDARLIQ

Yol polisindən at arabalarını idarə edənlərə XƏBƏRDARLIQ

Məhsul yığımı ilə əlaqədar ümumi istifadədə olan yollarda at arabalarının hərəkəti intensivləşib. Lakin təhlükəsizlik qaydalarına riayət edilməməsi səbəbindən bu növ nəqliyyat vasitələrinin iştirakı ilə qeydə alınan yol-nəqliyyat hadisələrinin sayının artması da ciddi narahatlıq doğurur. Primeinfo.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) at arabalarını idarə edənlərə xəbərdarlığında bildirilib.

DYP-dən yük avtomobillərinin sürücülərinə CAĞIRIŞ

DYP-dən yük avtomobillərinin sürücülərinə CAĞIRIŞ

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi yük avtomobillərinin sürücülərinə müraciət edib. İdarədən Primeinfo.az-a verilən məlumata görə, müraciərdə deyilir ki, son günlər yük avtomobillərinin iştirakı ilə baş verən yol-nəqliyyat hadisələrinə tez-tez rast gəlinir: “Ağırlıq dərəcəsi yüksək olan bu növ qəzaların qarşısının alınması məqsədilə, yük avtomobillərinin sürücülərinə əməl edilməsi həyati əhəmiyyət kəsb edən bir sıra tövsiyələri yenidən xatırladırıq. İlk növbədə sürücülərdən yolda müəyyən edilmiş sürət həddinə əməl etmələri, ara məsafəsini düzgün seçmələri, ötmə və manevretmə qaydalarına qeyd-şərtsiz əməl etmələri, yükün çəki və ölçü parametrlərinin normativ tələblərə uyğunluğunu, onların qablaşdırılması və etibarlı şəkildə bərkidilməsini təmin etmələri, nəqliyyat vasitəsinin texniki sazlığına nəzarət etmələri, iş və istirahət rejiminə əməl etmələri, yorğun, yuxusuz halda sükan arxasına əyləşməmələri, sükan arxasında mobil telefondan və diqqəti yayındıran digər vasitələrdən istifadə etməmələri və hərəkət zamanı hava və yol şəraitini nəzərə almaları tələb olunur.

Avtoxuliqanlıq edən sürücü HƏBS olundu

Avtoxuliqanlıq edən sürücü HƏBS olundu

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) əməkdaşları tərəfindən yol-hərəkəti qaydalarını davamlı şəkildə pozaraq digər hərəkət iştirakçılarının da sağlamlığı üçün real təhlükə yaradan “Subaru” markalı, 99-LT-866 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü İlkin Məmmədov saxlanılıb. Bu barədə Primeinfo.az-a BŞDYPİ-dən məlumat verilib. Bildirilib ki, sürücü barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən, inzibati protokol tərtib edilərək baxılması üçün aidiyyəti məhkəməyə göndərilib.

Formula 1 günlərində polis gücləndirilmiş rejimdə xidmət aparır - FOTO - VİDEO

Formula 1 günlərində polis gücləndirilmiş rejimdə xidmət aparır - FOTO - VİDEO

Formula 1 günlərində polis gücləndirilmiş rejimdə xidmət aparır. Primeinfo.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən bildirlib. Məlumata görə, “Formula 1 Azərbaycan Qran Prisi” ilə əlaqədar olaraq məhdudiyyətin tətbiq olunduğu müddət ərzində paytaxt ərazisində sürücü və piyadaların mənzil başına təhlükəsiz çatmalarını, nəqliyyatın hərəkətinin fasiləsizliyini, eləcə də yarışın keçirildiyi ərazidə, “fan” zonalarda təhlükəsizliyi təmin etmək məqsədilə polis əməkdaşları gücləndirilmiş rejimdə xidmətlərini davam etdirirlər.

DYP-dən "Formula 1"lə əlaqədər sürücülərə MÜRACİƏT

DYP-dən "Formula 1"lə əlaqədər sürücülərə MÜRACİƏT

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi 2026-cı il “Formula-1” Azərbaycan Qran-prisi ilə əlaqədar sürücülərə müraciət edib. Primeinfo.az xəbər verir ki, müraciətdə deyilir: “Sabah başlayacaq “2026 Formula-1” Azərbaycan Qran-prisi ilə əlaqədar bəzi küçə və prospektlərdə hərəkətin məhdudlaşdırıldığını nəzərə alaraq, xüsusilə paytaxtın cənub qapısında yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və nəqliyyat sıxlığının qarşısının alınması məqsədilə sürücülərdən xahiş olunur ki, cənubdan mərkəzə doğru, yəni “Azneft” və “Neftçilər” dairəsinə alternativ kimi Bakı-Salyan yolunun 14-cü kilometrliyindən Lökbatan dairəsi istiqamətində üçüncü kənar dairəvi yolla “20 Yanvar” və ya Yeni Yasamal ərazisindən keçməklə hərəkət etsinlər. Eyni zamanda, 20-ci sahə, Bayıl qəsəbəsində yaşayanlara isə qəsəbənin daxili yolları ilə Qurban Abbasov küçəsindən keçməklə Teymur Elçin, Mehdi Hüseyn və Lermontov küçələri ilə mərkəzə doğru hərəkət etmələri tövsiyə olunur.