
Demokratlar ABŞ Senatı üzərində nəzarəti əldə ediblər və Nümayəndələr Palatasını qazanmaq astanasındadırlar.
Bu barədə Primeinfo.az ABŞ mediasına istinadən xəbər verir.
Bildirilir ki, indiki məqama qədər Demokratlar Partiyasının nümayəndələri ABŞ Senatında 52, respublikaçılar isə 40 yer qazanıblar.

Onilliklər ərzində ilk dəfə olaraq Texas , Kanzas və Cənubi Karolina demokrat senatorlar seçiblər.
Qeyd edək ki, 3 noyabrda ABŞ-də aralıq seçkiləri keçirilir.
Seçkilər Prezident Donald Trampın ikinci prezidentlik müddətinin qalan iki ilində Konqresdə qüvvələr balansının müəyyənləşməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Amerikalılar Nümayəndələr Palatasının bütün 435, Senatın isə 35 yeri uğrunda keçirilən seçkilərdə səs verirlər.
Seçki sisteminə əsasən, vətəndaşlar seçki günündən əvvəl də səs verə bilirlər və bu imkandan artıq 57 milyondan çox amerikalı istifadə edib.
