Xəbər axtarın

Son axtarış nəticələri:

Noyabrda ardıcıl 4 gün iş olmayacaq

02.11.2026 15:16

Noyabrda ardıcıl 4 gün iş olmayacaq

Azərbaycanda bu ay ardıcıl 4 gün iş olmayacaq.

Primeinfo.az xəbər verir ki, ölkəmizdə noyabrın 8-i Zəfər Günü, noyabrın 9-u isə Dövlət Bayrağı Günü qeyd olunur. Bu il Zəfər Günü bazar gününə təsadüf etdiyindən istirahət günü noyabrın 10-na keçirilib.

Beləliklə, noyabrın 7-dən 10-dək ardıcıl 4 gün iş olmayacaq. Noyabrın 11-i isə bayramlardan sonra ilk iş günü olacaq.

Onu da bildirək ki, 2026-cı ilin istehsalat təqviminə əsasən, beşgünlük iş həftəsi ilə çalışanlar üçün noyabr ayında ümumilikdə 11 qeyri-iş günü olacaq. Belə ki, həmin şəxslər üçün digər istirahət günləri də şənbə və bazar günlərinə təsadüf edir. Altıgünlük iş həftəsi ilə çalışanlar üçün isə ümumilikdə 7 qeyri-iş günü nəzərdə tutulub.

Qeyd edək ki, 12 Noyabr – Konstitusiya Günü və 17 Noyabr – Milli Dirçəliş Günü iş günü hesab edilən bayram günləridir.

Paylaş: