Xəbər axtarın

Son axtarış nəticələri:

1 saatda 1000-ə yaxın piyadanın istifadə etdiyi keçid artıq işıqforlarla nizamlanır – VİDEO

02.11.2026 11:13

1 saatda 1000-ə yaxın piyadanın istifadə etdiyi keçid artıq işıqforlarla nizamlanır – VİDEO

DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) tərəfindən paytaxt yollarında hərəkət iştirakçılarının təhlükəsizliyinin təmin edilməsi istiqamətində işlər davam etdirilir.

Primeinfo.az-a bu barədə NİİM-dən məlumat verilib.

Bildirilib ki, bu çərçivədə piyadaların intensiv istifadə etdiyi keçidlərdə piyada işıqforları quraşdırılır.

Mərkəzin əməkdaşları tərəfindən müvafiq işlərə başlamazdan əvvəl həm yerində müşahidələr aparılır, həm də simulyasiya proqramından istifadə edilməklə piyada və nəqliyyat vasitələrinin hərəkət intensivliyi təhlil edilir:

“Paytaxtın Nərimanov rayonu, Ağa Nemətulla və Nazim Hacıyev küçələrinin kəsişməsində aparılan təhlillər nəticəsində müəyyən edilib ki, 1 saat ərzində keçiddən 1000-ə yaxın piyada istifadə edir. Eyni zamanda, əksər hallarda bəzi sürücülərin piyadalara yol verməməsi səbəbindən keçiddə qəza şəraiti yaranır”.

Qeyd olunan piyada keçidində piyada bölməsi olan nəqliyyat svetoforları quraşdırılaraq istifadəyə verilib. Keçidin nizamlanan olması ilə piyadaların təhlükəsiz hərəkəti təmin edilib.

“Bundan əlavə, Nərimanov rayonu, Həsən Əliyev küçəsində olan piyada keçidinin nizamlanan olması istiqamətində də işlər görülüb. “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın icrası çərçivəsində sözü gedən küçədə piyada svetoforları quraşdırılaraq hərəkət işitrakçılarının istifadəsinə verilib”, – deyə məlumatda vurğulanıb.

Paylaş: