
Ukraynanın 3-cü əlahiddə hücum briqadasının hərbçiləri Luqansk vilayətində Rusiyaya məxsus Mi-8 hərbi helikopterini dronla vurublar.
Primeinfo.az xəbər verir ki,bu barədə Ukraynanın 3-cü Ordu Korpusu məlumat yayıb.
Bildirilib ki,əməliyyat zamanı 3-cü hücum briqadasının pilotsuz sistemlər batalyonunun zərbə PUA-ları bölüyünün operatorları Rusiyaya məxsus Mi-8 helikopterini yerdə aşkarlayaraq vurublar.
Məlumata görə, helikopter tamamilə yanaraq sıradan çıxıb.
Rusiya ordusu Mi-8 helikopterlərindən şəxsi heyətin və yüklərin daşınması, yaralıların təxliyəsi, eləcə də döyüş əməliyyatlarına atəş dəstəyi üçün istifadə edir.