Xəbər axtarın

Son axtarış nəticələri:

Elşən Gəncəvi beynəlxalq mükafata layiq görülüb - FOTO

30.10.2026 22:44

Elşən Gəncəvi beynəlxalq mükafata layiq görülüb - FOTO

Elşən Gəncəvi İstanbul şəhərində Tural Ələkbərova məxsus “1. Türk Dünyası Zirve Ödülleri 2026” beynəlxalq layihəsinin iştirakçısı olub və “Türk Dünyasının Başarılı İş İnsanı” nominasiyası üzrə mukafatlandırılıb.

Primeinfo.az xəbər verir ki, “Caspian Events Group” tərəfindən İstanbul şəhərində təşkil olunan “1. Türk Dünyası Zirve Ödülleri 2026” beynəlxalq mukafatlandırma layihəsi keçirilib.

Tədbirdə türk dünyası ölkələrini təmsil edən qonaqların iştirakı layihənin beynəlxalq əhəmiyyətini bir daha ön plana çıxarıb.

Müxtəlif ölkələrdən gələn tanınmış simalar, nüfuzlu iş adamları, sənət və ictimaiyyət nümayəndələri, müxtəlif sahələrdə uğur qazanan şəxslər mükafatlandırma mərasimində bir araya gələrək öz sahələrində əldə etdikləri nailiyyətlərlə diqqət çəkiblər. Tədbirdə iştirak edən qonaqlara beynəlxalq mukafatlar təqdim olunub.

Qeyd edək ki, Elşən Gəncəvi – Nəcəfov Elşən Hökumət oğlu iqtisadçı, ictimai xadim və iş adamı olaraq fəaliyyət göstərir.

O, “Ganjavi Holding”in prezidenti, “Najafsoy Group”un direktoru, “Ganjavi Media”nın, “Strateji.az” informasiya və “Siyasi.az” xəbər portallarının baş redaktoru, Demokratik İslahatlar Partiyasının redaksiya komissiyasının üzvüdür.

“Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları” ictimai birliyinin maliyyə meneceri, “PUBLIC AZERBAIJAN” Konsepsiyasının rəhbəri, “Public” və “Gəncəvi” jurnallarının təsisçisi, “ŞƏFQƏT” Kimsəsiz və Əlil Uşaqlara Yardım ictimai birliyində İctimai və sosial şuranın rəhbəri kimi fəaliyyətlər göstərib.

Müxtəlif sahələrdə peşəkar xidmətləri özündə birləşdirən “Ganjavi Holding”, “Najafsoy Group”, “Ganjavi Media” və “ELSHAN GANJAVI” şirkətlər fəaliyyətində maliyyə və mühasibatlıq, analitik təhlil və strateji maliyyə planlanması, yeni biznesin qurulması və idarəolunması, alternativ təhsil və təlimlər üzrə, layihələrin hazırlanması, kuryer və poçt, media üzərindən reklam xidmətləri, eləcə də hüquqi və inzibati xidmətlər, İT və ən səmərəli səyahət və səfərin təşkili xidmətlərini təqdim edir.

Şirkətlər eləcə də informasiya sferası üzrə fəaliyyətini genişləndirir. Belə ki, iqtisadi, ictimai və sosial informasiyaların işıqlandırılmasına və analitik mövzulara yer verilir.

Elşən Gəncəvi “Oxu-magiya” kitabının müəllifidir. Müxtəlif media qurumlarında iqtisadi, ictimai və sosial mövzularda müəllif yazıları ilə çıxış edir.

O, Gəncə şəhəri, K.D.Uşiniski adına 29 nömrəli tam orta məktəbin məzunu olub. Azərbaycan Dövlət İqtisad Universitetinin “Beynəlxalq İqtisadi Münasibətlər” fakültəsində bakalavr, Rumıniya Respublikası Timişoara Qərb Universitetinin “Siyasi Elmlər” fakültəsində magistr təhsilini alıb.

E. Gəncəvi 1 sentyabr 2024-ci il tarixində keçirilən 7-ci çağırış Milli Məclisə seçkilərdə 39 saylı Gəncə ikinci seçki dairəsində namizəd olub.

9 fevral 2020-ci il tarixində keçirilən 6-cı çağırış Milli Məclisə seçkilərdə 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsində namizəd olub. 2015-ci il tarixində keçirilən 5-ci çağırış Milli Məclisə seçkilərdə 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsində namizəd olub.

Müxtəlif dövrlərdə bir çox yerli, beynəlxalq sertifikat və fəxri diplomlarla təltif olunub. İctimai xadim və iş adamı olaraq müxtəlif mükafatlara layiq görülüb.

Tükiyənin İstanbul şəhərində “Altın Melek Ödülleri 2021” layihəsində “YILIN EN BAŞARILI İŞ ADAMI”, “Turkey Exclusive Awards 2022” layihəsində “AZERBAYCANIN BAŞARILI İŞ ADAMI” və “Altın Melek Ödülleri 2025” layihəsində “YILIN ULUSLARARASI EN BAŞARILI İŞ ADAMI” beynəlxalq nominasiyalar üzrə mükafatlandırılıb.

Azərbaycanın Gəncə şəhərində “Gəncəvi Milli Mukafatı 2025” layihəsində “İŞ ADAMI” milli nominant üzrə mukafatlandırılıb.

Paylaş: