Fransada lisey şagirdlərinin etirazları fonunda vəziyyət gərgin olaraq qalır. Daxili İşlər Nazirliyinin məlumatına görə, oktyabrın 5-də ölkə üzrə 984 nəfər saxlanılıb, hüquq-mühafizə orqanlarının 65 əməkdaşı yaralanıb. Primeinfo.az AZƏRTAC-a istinadən xəbər verir ki, etirazlar başlayandan ümumilikdə 5060 nəfər polis nəzarətinə götürülüb.
Rusiya Federasiyası Kommunist Partiyasının Moskvada “Krestyanskaya Zastava” meydanında keçirdiyi razılaşdırılmış mitinqdə 60-dan çox şəxs saxlanılıb.
Fransada təhsil müəssisələri əməkdaşlarının və yuxarı sinif şagirdlərinin etiraz aksiyaları davam edir. Primeinfo.az xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Loran Nunyes və milli təhsil naziri Eduar Jeffre mətbuat konfransında məlumat yayıb. Bildirilib ki, iğtişaşlar zamanı 200-dən çox insan xəsarət alıb.
Fransada dövlət sektorunda çalışanların sentyabrın 29-da keçirdiyi ümummilli tətil və kütləvi etiraz aksiyaları ölkə üzrə geniş vüsət alıb.
İslandiyanın Aİ-yə daxil olmaqla bağlı referendumunun ilkin nəticələri göstərir ki, Avropa inteqrasiyasının əleyhdarları səs çoxluğu qazanırlar. Primeinfo.az xəbər verir ki , bunu RUV telekanalı tərəfindən yayılan, İslandiyanın altı seçki dairəsindən beşindəki səslərin nəticələri göstərir. Məlumata görə, 52,5 % və ya 99 000-dən çox insan danışıqların bərpasına qarşı, 47,5 %-i və ya təxminən 89 500 islandiyalı isə bloka qoşulmağın lehinə səs verib.
İranda bəzi media orqanları ABŞ ilə razılaşma imzalanmasına qarşı bir qrup hökumət tərəfdarının etiraz aksiyası keçirməsinin görüntülərini yayıb. Primeinfo.az bildirir ki, Tehrandakı İbn Sina meydanında keçirilən aksiyada xarici işlər naziri Abbas Əraqçi və parlament spikeri Məhəmməd Qalibaf əleyhinə şüarlar səsləndirilib. Onlara qarşı “Qalibaf, Əraqçi istefa, istefa”, “Qalibaf, Əraqçi bəs mənim liderimin qanı nə olacaq?” şüarları səsləndirilib.
İran hakimiyyəti ölkədə baş vermiş etiraz aksiyaları zamanı həlak olanların tam siyahısını açıqlayıb.
İran hakimiyyəti xarici saytlara girişə qoyulan məhdudiyyətləri aradan qaldırmağa başlayıb.
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ölkənin dörd müxtəlif bölgəsində keçirdiyi xüsusi əməliyyatlarla kütləvi etirazların liderlərini və fəal iştirakçılarını həbs edib.
İranın ali dini lideri Ayətullah Əli Xamenei ölkədə davam edən iqtisadi böhran və kütləvi etirazlar fonunda xalqın yaşayış şəraitinin ağır olduğunu ilk dəfə etiraf edib. Primeinfo.az xəbər verir ki, ali lider bu barədə “X” hesabında etdiyi paylaşımda bildirib. Xamenei dövlət rəsmilərinə müraciət edərək, vəziyyətin düzəldilməsi üçün ciddi tapşırıqlar verib: “İranda iqtisadi vəziyyət yaxşı deyil, xalqın dolanışığı çətindir.