Bu gün UEFA Çempionlar Liqasının Liqa mərhələsində 2-ci turun oyunları keçiriləcək. Primeinfo.az xəbər verir ki, Azərbaycan çempionu “Sabah” Liqa mərhələsində ilk ev oyununa çıxacaq. Komandamız Bakıda “Slaviya”nı (Praqa) qəbul edəcək.
Bu gün Bakı Olimpiya Stadionunda keçiriləcək “Sabah” Futbol Klubunun UEFA Çempionlar Liqası matçı ilə əlaqədar Bakı metrosunda Qırmızı xətt üzrə gücləndirilmiş iş rejimi tətbiq olunacaq. Primeinfo.az bu barədə “Bakı Metropoliteni” QSC-yə istinadən xəbər verir. Məlumata görə, “Koroğlu” stansiyasında əlavə işçi qüvvəsi cəlb olunacaq və nəzarət gücləndiriləcək.
Bu gün Misli Premyer Liqasında iki oyun keçiriləcək. Primeinfo.az xəbər verir ki, günün matçında mərkəzi oyun keçiriləcək. Turnir cədvəlinin liderləri “Neftçi” ilə “Sabah” üz-üzə gələcək.
Azərbaycan Premyer Liqasının VI turu “Neftçi”, “Sabah” və “Kəpəz” üçün əlamətdar statistik göstəricilərlə yadda qalıb. Peşəkar Futbol Liqasından Primeinfo.az-a bildirilib ki, “Neftçi” Azərbaycan çempionatlarının yüksək dəstəsində 550-ci qələbəsini qazanıb. Bu, komandanın yubiley – 1000-ci oyununa təsadüf edib.
Prezident İlham Əliyev “Sabah” futbol klubuna maliyyə dəstəyi göstərilməsi haqqında Sərəncam imzalayıb.
Özbəkistan Peşəkar Futbol Liqası “Sabah”futbol klubunu UEFA Çempionlar Liqasının Liqa mərhələsinə vəsiqə qazanması münasibətilə təbrik edib. Primeinfo.az xəbər verir ki, bu barədə Özbəkistan Peşəkar Futbol Liqasının “X” səhifəsində bildirilib. “Özbəkistan Peşəkar Futbol Liqası “Sabah”futbol klubunu UEFA Çempionlar Liqasının Liqa mərhələsinə vəsiqə qazanması münasibətilə səmimi-qəlbdən təbrik edir!
“Sabah” Futbol Klubu bəyanat yayıb. Primeinfo.az xəbər verir ki, klub ötən gün UEFA Çempionlar Liqası III təsnifat mərhələsinin “Orhus”la cavab matçından (4:0) öncə azarkeşlər arasında baş vermiş insidentə aydınlıq gətirib: “Ötən gün klubumuzun tarixində böyük qələbə və Azərbaycan futbolu üçün mühüm hadisə yaşandı. Komandamızın əldə etdiyi nəticə ilə qürur duyur, bu tarixi gündə bizimlə birlikdə olan və komandamızı dəstəkləyən bütün azarkeşlərimizə təşəkkür edirik.
Abşeron rayonunda futbol azarkeşləri arasında baş vermiş insidentlə bağlı cinayət işi başlanılıb. Primeinfo.az APA-ya istinadən xəbər verir ki, avqustun 11-də Masazır qəsəbəsində yerləşən “Bank Respublika Arena” stadionunun qarşısında futbol klublarının azarkeşləri arasında baş vermiş insidentlə bağlı Abşeron Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Hadisə iştirakçıları tutularaq istintaqa cəlb olunub.
Azərbaycan çempionu “Sabah” UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyununda Danimarkanın “Orhus” klubunu 4:0 hesabı ilə məğlub edib.
UEFA Çempionlar Liqasının III təsnifat mərhələsi çərçivəsində Bakıda baş tutacaq “Sabah” – “Orhus” oyununun bütün biletləri satılıb. Bu barədə Primeinfo.az-a klubun mətbuat xidmətindən bildirilib. Həmçinin azarkeşlərə stadiona girişdə sıxlığın qarşısını almaq və rahat şəkildə tribunalarına keçmək üçün oyuna ən azı 2 saat əvvəl gəlmələri ilə bağlı müraciət olunub.