Xəbər axtarın

Son axtarış nəticələri:

Gizlədilən 166 min manatlıq qızıl-brilyant boyunbağılar AŞKARLANIB

26.11.2026 16:01

Gizlədilən 166 min manatlıq qızıl-brilyant boyunbağılar AŞKARLANIB

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları gömrük nəzarətindən gizlədilən qızıl-zinət əşyaları aşkar ediblər.

Primeinfo.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, Dubay-Bakı aviareysi ilə gələn Hindistan Respublikası vətəndaşının üzərində şəxsi yoxlama aparılıb.

Yoxlama zamanı malların aşkar edilməsini çətinləşdirən üsullarla gömrük nəzarətindən gizlədilən, 750 əyar 79,27 qram qızıl və 57,779 karat brilyantdan hazırlanan ümumi dəyəri 166 min 610 manat təşkil edən iki ədəd boyunbağı aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Paylaş: