Xəbər axtarın

Son axtarış nəticələri:

Sabunçuda evdən 14 min manatlıq qızıl oğurlanıb

11.06.2026 22:09

Sabunçuda evdən 14 min manatlıq qızıl oğurlanıb

Sabunçuda evdən 14 min manatlıq qızıl oğurlayanlar saxlanılıblar.

Primeinfo.az DİN-ə istinadən xəbər verir ki, paytaxtın Sabunçu rayonunda evlərin birindən qızıl-zinət əşyaları oğurlanıb.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 31 yaşlı A.Xəlilova və 26 yaşlı İ.Quluzadə müəyyən edilərək saxlanılıb. Araşdırmalarla məlum olub ki, onlar hissə-hissə evdən ümumi dəyəri 14 min manat olan qızıl-zinət əşyalarını talayıblar. Araşdırmalar davam etdirilir.

Paylaş: