Nabranda yerləşən “Atlant” Ailəvi İstirahət Mərkəzinin rəhbəri Tahir Qədəşov vəfat edib. Primeinfo.az-ın Bizim.media-ya istinadən məlumatına görə, o, ürək çatışmazlığından dünyasını dəyişib. Tahir Qədəşovun nəşi bu gün Bakıdan Qubaya gətiriləcək və mərhum ata yurdu İsnov kəndində dəfn olunacaq.
Bakıda yerləşən ƏSA peşəkar inklüziv teatrının aktrisası Leyla Musayeva vəfat edib. Primeinfo.az xəbər verir ki, bu barədə teatrdan bildirilib. Qeyd edilib ki, ƏSA Teatrının “Aktyorluq laboratoriyası”nın üzvü olmuş Leyla Musayeva uzun sürən xəstəlik nəticəsində dünyasını dəyişib.
Bakıda 68 yaşlı kişi metroda ölüb. Primeinfo.az-ın Oxu.az-a istinadən məlumatına görə, hadisə Bakı Metropoliteninin “Həzi Aslanov” stansiyasında baş verib. Salyan rayon sakini, 1958-ci il təvəllüdlü Əhədağa Firudin oğlu Nəzərov qatarda olan zaman ürək çatışmazlığından ölüb.
Azərbaycanın Milli Qəhrəmanı Ehtiram Əliyev uzun sürən xəstəlikdən sonra 54 yaşında vəfat edib. Primeinfo.az xəbər verir ki,Milli Qəhrəman bu gün müalicə olunduğu Milli Onkologiya Mərkəzində dünyasını dəyişib. Mərhum noyabrın 16-da İkinci Fəxri xiyabanda dəfn olunacaq.
Lənkəranda kişi evdə vurulan iynə nəticəsində ölüb. Primeinfo.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə Veravul kəndində qeydə alınıb. Kənd sakini, 56 yaşlı Rasim Qasım oğlu Qasımova yaşadığı evdə arvadı iynə vurub.
Azərbaycan Dövlət Kukla Teatrının kollektivi və teatr ictimaiyyəti ağır itki ilə üzləşib. Əməkdar mədəniyyət işçisi, aktyor Aslan Miri oğlu Fətullayev vəfat (10 noyabr 2026-cı il) edib. Primeinfo.az-a bu barədə Kukla Teatrından bildirilib.
İspaniya Sequnda Liqasında keçirilən “Tenerife” – “Andorra” matçı futbolçunun ağır zədə alması səbəbindən yarımçıq dayandırılıb. Primeinfo.az xəbər verir ki, “Reuters”in məlumatına görə, bu gün keçirilən görüşün əlavə vaxtında “Tenerife”nin hücumçusu Xesus de Migel rəqib qapıçı Xesus Ovononun müdaxiləsindən sonra başından ciddi zədə alıb. Hesab 2:2 olarkən, əlavə vaxtın 7-ci dəqiqəsində qapıçı cərimə meydançasından çıxaraq topa müdaxilə etmək istəyib.
Beyləqanda 27 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürüb. Primeinfo.az xəbər verir ki, Mil qəsəbəsinin ərazisində yerləşən yarımtikilidə usta işləyən Birinci Şahsevən kənd sakini 1999-cu il təvəllüdlü Rəhman Mənsur oğlu Hacızadəni elektrik cərəyanı vurub. R.Hacızadə xəstəxanaya aparılarkən yolda ölüb.
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyənin milli müdafiə naziri Yaşar Gülerə başsağlığı verib.
Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Yarımkeçiricilər fizikası kafedrasının professoru Adilə Abbasova vəfat edib. Bu barədə Primeinfo.az-a BDU-dan məlumat verilib. Qeyd edək ki, Adilə Abbasova 3 avqust 1942-ci ildə Zəngilan rayonunun Pirçivan qəsəbəsində anadan olub.