Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: vəfat edib

Buzovnada körpə kanalda boğularaq ölüb

Buzovnada körpə kanalda boğularaq ölüb

Buzovnada 2 yaşlı qız su kanalında boğularaq ölüb. Primeinfo.az xəbər verir ki, Buzovna qəsəbəsində 2024-cü il təvəllüdlü F. C evinin qarşısındakı su kanalına düşərək boğulub.

2 ay əvvəl rəis təyin edilən şəxs vəfat etdi

2 ay əvvəl rəis təyin edilən şəxs vəfat etdi

Mədəniyyət Nazirliyinin Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin rəisi Vüsal İbrahimov qəfil vəfat edib. Primeinfo.az xəbər verir ki, bununla bağlı mərhumun yaxınları məlumat paylaşıb. Bildirilib ki, V.İbrahimovun meyiti Şamaxıda yaşadığı evdə aşkar edilib.

Bakıda əməliyyat edilən 31 yaşlı həkim VƏFAT ETDİ 

Bakıda əməliyyat edilən 31 yaşlı həkim VƏFAT ETDİ 

Avqustun 31-i Bakıda cərrahi əməliyyat keçirən 1995-ci il təvəllüdlü Şahin Tofiq oğlu Tağıyev vəfat edib. Primeinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, həkim-stomatoloq olan Ş.Tağıyev əməliyyatdan sonra səhhətinin ağırlaşması səbəbindən həyatını itirib. Yaxınları bildiriblər ki, ötən ayın son günündə Şahin Tağıyev Dövlət Sərhəd Xidmətinin hospitalında ödündəki problemə görə əməliyyat olunub.

Azərbaycanda general vəfat etdi - FOTO

Azərbaycanda general vəfat etdi - FOTO

Azərbaycan Respublikasının Sərhəd Qoşunlarının ilk komandanı və ilk sərhədçi generalı İsgəndər İmanverdi oğlu Allahverdiyev vəfat edib. Primeinfo.az Baku.ws-ə istinadla xəbər verir ki, İsgəndər Allahverdiyev 11 fevral 1947-ci ildə Bakı şəhərində anadan olub. O, Azərbaycan dövlət sərhədinin mühafizəsi sisteminin formalaşmasında xüsusi xidmətləri olan hərbçilərdən biri kimi tanınırdı.

Azərbaycanda jurnalist vəfat etdi

Azərbaycanda jurnalist vəfat etdi

Gənc yazar, jurnalist Rüfət Əhmədzadə vəfat edib. Primeinfo.az xəbər verir ki, bu barədə onun yaxınları sosial şəbəkədə məlumat yayıblar. Onun intihar etdiyi bildirilir.

Hərbi qulluqçu infarkt nəticəsində VƏFAT EDİB

Hərbi qulluqçu infarkt nəticəsində VƏFAT EDİB

Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu əsgər Pənahov Elvin Məhəmməd oğlu kəskin miokard infarktı nəticəsində vəfat edib. Bu barədə Primeinfo.az-a Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib. Müdafiə Nazirliyinin rəhbərliyi vəfat edən hərbi qulluqçunun ailəsinə və yaxınlarına başsağlığı verib.

Vəfat edən keçmiş səfir tanınmış şəxsin QARDAŞI İMİŞ - FOTO

Vəfat edən keçmiş səfir tanınmış şəxsin QARDAŞI İMİŞ - FOTO

Ötən gün qəfil dünyasını dəyişən Azərbaycanın Gürcüstandakı keçmiş fövqəladə və səlahiyyətli səfiri Dursun Həsənovun hansı tanınmış şəxsin qardaşı olduğu üzə çıxıb. Primeinfo.az “Unikal”a istinadən xəbər verir ki, o, xarici işlər nazirinin keçmiş müavini Ramiz Həsənovun qardaşı imiş.

Azərbaycanın keçmiş səfiri vəfat edib

Azərbaycanın keçmiş səfiri vəfat edib

Azərbaycanın Gürcüstandakı keçmiş fövqəladə və səlahiyyətli səfiri Dursun Həsənov vəfat edib. Primeinfo.az bu barədə Aktual.ge-yə istinadən xəbər verir. Məlumata görə, o, Bakıdakı evində dünyasını dəyişib.

Ruslan Quliyev qəfil vəfat etdi

Ruslan Quliyev qəfil vəfat etdi

Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının prezidenti, “Milenium Konqres Turizm” şirkətinin rəhbəri, turizm mütəxəssisi Ruslan Quliyev vəfat edib. Primeinfo.az Sfera.az-a istinadən xəbər verir ki, onun səhhətində qəfil pisləşmə qeydə alınıb və o, tibbi yardım üçün xəstəxanaya aparılıb. Lakin həkimlərin müdaxiləsinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.