Xəbər axtarın

Son axtarış nəticələri:

Hakan Fidan: "NATO Yaxın Şərqdə təhlükəsizliyimizi təmin edə bilmədi"

20.11.2026 13:24

Hakan Fidan: "NATO Yaxın Şərqdə təhlükəsizliyimizi təmin edə bilmədi"
“Hazırda Türkiyə NATO-nun mühüm ölkəsidir, lakin NATO-nun Avropadakı təhlükəsizlik arxitekturası Yaxın Şərqdə təhlükəsizliyimizi təmin etmədi”.

Primeinfo.az “Türkiye” qəzetinə istinadən xəbərinə görə, bu barədə Türkiyə xarici işlər naziri Hakan Fidan Böyük Millət Məclisinin Planlaşdırma və Büdcə Komitəsində ölkənin Xarici İşlər Nazirliyinin 2027-ci il büdcəsi ilə bağlı keçirilən komissiya zamanı bildirib.

O, Məkkə Alyansı ilə bağlı qurumun məqsədinin regional təhlükəsizliyi və ölkələr arasında təcavüzkarlığın qarşısının alınmasını təmin etmək olduğunu vurğulayıb: “Əslində hər kəs eyni şeyi istəyir, lakin metodologiya fərqlidir. Təhlükəsizlik ittifaqı quran insanlar onları başqalarına qarşı yaratmırlar. Qurulan ittifaqın ikinci məqsədi hücumlara cavab verməkdir”.

Hakan Fidan qeyd edib ki, qurumun birinci məqsədi isə bir-birinə qarşı artıq təhdid yaratmadıqlarını, bir-birinə hücum etməyəcəklərini zəmanət altına almaqdır, möhürləməkdir: “Artıq bir-birimizə hücum etməyəcəyik, hücum olarsa, başqasına hücum edəcəyik. Avropada bir təhlükəsizlik arxitekturası mövcuddur. Avropa təhlükəsizlik arxitekturası illərdir NATO-nun mövcudluğu ilə qorunub saxlanılıb.

Hazırda Türkiyə NATO-nun mühüm bir ölkəsidir, lakin NATO-nun Avropada ortaya qoyduğu təhlükəsizlik arxitekturası Yaxın Şərqdəki təhlükəsizliyimizi təmin etmədi. İllərdir Suriya və İraqdan gələn təhdidlərlə üzləşmişik. Yəni bu təhdidlər təkrar-təkrar ortaya çıxacaq təhdidlərdir”.

Paylaş: