Xəbər axtarın

Son axtarış nəticələri:

Cevdet Yılmaz Şavkat Mirziyoyevlə görüşüb - FOTO

20.11.2026 10:00

Cevdet Yılmaz Şavkat Mirziyoyevlə görüşüb - FOTO

Türkiyə Prezidentinin köməkçisi Cevdet Yılmaz Daşkənddə Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşüb.

Primeinfo.az xəbər verir ki, Cevdet Yılmaz bununla bağlı sosial media hesabında paylaşım edib.

O bildirib ki, görüş zamanı Türkiyə ilə Özbəkistan arasında hərtərəfli strateji tərəfdaşlıq, iqtisadi və ticarət əlaqələri, müdafiə sənayesi sahəsində əməkdaşlıq və Türk Dövlətləri Təşkilatı çərçivəsində aparılan birgə işlər müzakirə olunub.

“Ötən ay Prezidentimiz cənab Rəcəb Tayyib Ərdoğan və cənab Mirziyoyev tərəfindən imzalanan İş Dünyasının Dəstəklənməsinə Dair Yüksək Səviyyəli Şuranın ölkələrimiz arasında investisiya və ticarət əlaqələrinə yeni təkan verəcəyinə inanırıq”.

C.Yılmaz səmimi qonaqpərvərliyə görə Özbəkistan Prezidentinə təşəkkür edib və görüşdə iştirak edən, Şuraya həmsədrlik edən Özbəkistan Prezident Administrasiyasının rəhbəri Saida Mirziyoyevaya əməkdaşlığın inkişafına verdiyi töhfəyə görə minnətdarlığını bildirib.

Qeyd edək ki, görüşdə Türkiyənin Sənaye və Texnologiya naziri Mehmet Fatih Kacır, Nəqliyyat və İnfrastruktur naziri Abdulkadir Uraloğlu və Türkiyənin Daşkənddəki səfiri Ufuk Ulutaş da iştirak ediblər.

Cevdet Yılmaz Daşkənd səfəri çərçivəsində İslam Mədəniyyəti Mərkəzini də ziyarət edib və iki ölkə arasında yeni yaradılan Yüksək Səviyyəli İş Şurasının ilk iclasının keçiriləcəyini açıqlayıb.

Paylaş: