Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: Bakı Dövlət Universiteti (BDU)

BDU-nun müəllimi rektorun qurbanı olub? - Xanımı danışdı

BDU-nun müəllimi rektorun qurbanı olub? - Xanımı danışdı

“İnformasiyanı bilirsiniz, xəbər doğrudur. O, bir rektorun qurbanı oldu”. Primeinfo.az xəbər verir ki, bu sözləri Kult.az-a açıqlamasında tanınmış jurnalist Şərəf Cəlili həyat yoldaşı, Bakı Dövlət Universitetinin (BDU) müəllimi Nərman Süleymanovun (Qocatürk) qəfil vəfatı ilə bağlı danışarkən deyib.

Elçin Babayev BDU rektoru vəzifəsindən azad edildi - SƏRƏNCAM

Elçin Babayev BDU rektoru vəzifəsindən azad edildi - SƏRƏNCAM

Elçin Səfəralı oğlu Babayev Bakı Dövlət Universitetinin rektoru vəzifəsindən azad edilib. Primeinfo.az xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb. Xatırladaq ki, Elçin Babayev 2019-cu il martın 11-də Bakı Dövlət Universitetinin rektoru vəzifəsinə təyin edilmişdi.

Professor Adilə Abbasova vəfat etdi

Professor Adilə Abbasova vəfat etdi

Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Yarımkeçiricilər fizikası kafedrasının professoru Adilə Abbasova vəfat edib. Bu barədə Primeinfo.az-a BDU-dan məlumat verilib. Qeyd edək ki, Adilə Abbasova 3 avqust 1942-ci ildə Zəngilan rayonunun Pirçivan qəsəbəsində anadan olub.

“II LCOY Azərbaycan 2026”nın ikinci günü Qubada keçirilib, Milli Gənclər Bəyanatı qəbul olunub – FOTO 

“II LCOY Azərbaycan 2026”nın ikinci günü Qubada keçirilib, Milli Gənclər Bəyanatı qəbul olunub – FOTO 

Sentyabrın 12-si “II İqlim Dəyişiklikləri üzrə Gənclərin Lokal Konfransı — II LCOY Azərbaycan 2026”nın ikinci günü Qubada, Bakı Dövlət Universitetinin Quba Tədris-Təcrübə və İstirahət Mərkəzində keçirilib. Ekspert çıxışları və tematik müzakirələrə həsr olunmuş birinci gündən fərqli olaraq, ikinci gün tamamilə gənclərin iqlim məsələləri üzrə Milli Gənclər Bəyanatı üzərində birgə işinə həsr olunub. “EkoSfera” Ekoloji-Sosial Mərkəzindən Primeinfo.az-a verilən xəbərə görə, proqramın bu hissəsi üçün məhz Qubanın seçilməsi xüsusi əhəmiyyət daşıyır.

Mirzə Mirzəyevə yeni vəzifə verildi - FOTO

Mirzə Mirzəyevə yeni vəzifə verildi - FOTO

Bakı Dövlət Universitetinə (BDU) yeni prorektor təyin olunub. Primeinfo.az Ölkə.az-a istinadla xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev müvafiq əmr imzalayıb. Əmrə əsasən, Mirzə Mirzəyev BDU-nun maliyyə-təsərrüfat işləri üzrə prorektor vəzifəsinə gətirilib.

BDU-da yeni İXTİSASLAR - SİYAHI

BDU-da yeni İXTİSASLAR - SİYAHI

2026/2027-ci tədris ilində Bakı Dövlət Universitetində (BDU) əmək bazarının tələblərinə uyğun olaraq magistratura səviyyəsində 42 yeni ixtisaslaşma açılacaq. Primeinfo.az xəbər verir ki, bu barədə BDU-nun Mətbuat xidmətindən bildirilib. Açılacaq ixtisaslar aşağıdakılardır: Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsi – 7 yeni ixtisaslaşma Beynəlxalq münasibətlər ixtisası üzrə “Beynəlxalq təhlükəsizlik” “Türk dövlətlərinin xarici siyasəti və inteqrasiya prosesləri” “Geosiyasət” Dövlət və ictimai münasibətlər ixtisası üzrə “Dövlət idarəetməsində strateji kommunikasiyalar” Politologiya ixtisası üzrə “Siyasi analitika və strateji araşdırmalar” “Dövlət siyasəti və idarəçilik” Menecment ixtisası üzrə “Strateji menecment” Sosial elmlər və psixologiya fakültəsi – 7 yeni ixtisaslaşma Pedaqogika ixtisası üzrə “Təlim və tədrisin təşkili” Fəlsəfə ixtisası üzrə “Elm fəlsəfəsi” “Etikanın nəzəriyyəsi və tarixi” “Türk xalqlarının fəlsəfi fikir tarixi” Psixologiya ixtisası üzrə “Tətbiqi psixologiya” Sosial iş ixtisası üzrə “Klinik sosial iş” “Əhalinin müxtəlif qrupları ilə sosial iş” Geologiya fakültəsi – 4 yeni ixtisaslaşma Geologiya ixtisası üzrə “Petrologiya” “Geoekologiya” Geologiya və geofizika mühəndisliyi ixtisası üzrə “Neft-qaz hövzələrinin geologiyası” “Neft-qaz-mədən geofizikası” Fizika fakültəsi – 4 yeni ixtisaslaşma Fizika ixtisası üzrə “Mikroelektronika və nanoelektronika” “Polimerlər fizikası” “Fotonika və optika” “Plazma fizikası və texnologiyası” Jurnalistika fakültəsi – 3 yeni ixtisaslaşma Jurnalistika ixtisası üzrə “İqtisadi jurnalistika” “Onlayn və multimedia jurnalistikası” “İctimaiyyətlə əlaqələr” Coğrafiya fakültəsi – 3 yeni ixtisaslaşma Coğrafiya ixtisası üzrə “Siyasi coğrafiya” “Türk dünyasının coğrafiyası” Hidrometeorologiya ixtisası üzrə “İqlim dəyişmələrinə adaptasiya” Ekologiya və torpaqşünaslıq fakültəsi – 3 yeni ixtisaslaşma Ekologiya ixtisası üzrə “Ekoloji ekspertiza” “Ekoloji menecment” Yerquruluşu və daşınmaz əmlakın kadastrı ixtisası üzrə “Daşınmaz əmlakın kadastrı və reyestri” Biologiya fakültəsi – 3 yeni ixtisaslaşma Biologiya ixtisası üzrə “Biotibbi materiallar” “Bioinformatika” “Sənaye mikrobiologiyası” Kimya fakültəsi – 2 yeni ixtisaslaşma Kimya ixtisası üzrə “Qida kimyası” “Dərman kimyası” Tətbiqi riyaziyyat və kibernetika fakültəsi – 2 yeni ixtisaslaşma Kompüter elmləri ixtisası üzrə “Süni intellekt” “Kriptologiya” Mexanika-riyaziyyat fakültəsi – 2 yeni ixtisaslaşma Mexanika ixtisası üzrə “Kompozit materiallar mexanikası” “Mexatronik modullar” Hüquq fakültəsi – 1 yeni ixtisaslaşma Hüquqşünaslıq ixtisası üzrə “Ədalət mühakiməsi hüququ” İnformasiya və sənəd menecmenti fakültəsi – 1 yeni ixtisaslaşma Kitabxanaçılıq və informasiya fəaliyyəti ixtisası üzrə “İnformasiya fəaliyyətində bibliometrik texnologiyalar” Qeyd edək ki, yeni ixtisaslaşmalar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 dekabr 2024-cü il tarixli 503 nömrəli Qərarı ilə təsdiq edilən ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların yeni təsnifatına uyğun olaraq yaradılıb.

İyunun 15-də Super Təzə Ay hadisəsi olacaq

İyunun 15-də Super Təzə Ay hadisəsi olacaq

İyunun 15-də Super Təzə Ay (Super New Moon) müşahidə olunacaq. Bu barədə Primeinfo.az-a Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrasından məlumat verilib. Bildirilib ki, bu hadisə Ayın həm Təzə Ay fazasında olması, həm də Yerə minimum məsafəyə – perigey nöqtəsinə çox yaxın yerləşməsi ilə xarakterizə olunur.

Bu gün geomaqnit qasırğası olacaq - XƏBƏRDARLIQ

Bu gün geomaqnit qasırğası olacaq - XƏBƏRDARLIQ

Bu gün Günəş aktivliyi yüksək olacaq. Primeinfo.az xəbər verir ki, bu barədə Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrası məlumat yayıb. Günəş səhtində müntəzəm baş verən C (zəif) sinif alışmalarla yanaşı, M (R1-R2-zəif-orta) sinif alışmalar və tac kültə atılması (TKA) baş verib.

BDU-nun daha bir müəllimi vəfat etdi

BDU-nun daha bir müəllimi vəfat etdi

Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsinin Genetika kafedrasının müəllimi Möhübbət Nəcəfli vəfat edib. Primeinfo.az xəbər verir ki, bu barədə BDU-nin Mətbuat xidmətindən bildirilib. Möhübbət Hümbət oğlu Nəcəfli 22 noyabr 1962-ci ildə Füzuli rayonunun Aşağı Seyidəhmədli kəndində anadan olub.