Xəbər axtarın

Son axtarış nəticələri:

Putin və Si Cinpin görüşdü: Nələr müzakirə edilib? - FOTO

18.11.2026 10:58

Putin və Si Cinpin görüşdü: Nələr müzakirə edilib? - FOTO

Rusiya Prezidenti Vladimir Putin və Çin lideri Si Cinpin arasında Şençjendə keçirilən Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq (APEC) sammiti çərçivəsində danışıqlar başa çatıb.

Primeinfo.az APA-ya istinadən xəbər verir ki, danışıqlar iki saatdan çox davam edib.

Liderlər məhdud və geniş tərkibdə danışıqlar aparıblar.

Qeyd edək ki, Putin iki günlük işgüzar səfər üçün Çinə gəlib.

Putin və Si Cinpin görüşdü: Nələr müzakirə edilib? - FOTO

 

Danışıqların protokol hissəsində Si Cinpin iki ölkənin münasibətlərini yeni tip böyük dövlət münasibətləri üçün bir model adlandırıb və onları dağla müqayisə edib: “Güclü liderliyimiz altında Çin-Rusiya münasibətləri dünyada baş verən hər hansı bir çətinliyə baxmayaraq, dağ kimi sabit olub və qalmaqdadır”.

Putin cavab olaraq iki ölkənin işinin “yüksəlişdə” olduğunu və xarici siyasət əlaqələrinin sabit olduğunu bildirib. O, Moskva və Pekinin daha ədalətli “çoxqütblü dünya nizamı” üçün birgə mübarizə apardıqlarını söyləyib.

Putinin köməkçisi Yuri Uşakovun sözlərinə görə, dövlət başçıları genişləndirilmiş tərkibdə danışıqlarda enerji, maliyyə, yüksək texnologiya və süni intellekt məsələlərini müzakirə edəcəklər. O, liderlərin daha sonra Ukrayna və Koreya yarımadası da daxil olmaqla xarici siyasətə diqqət yetirəcək məhdud formatda işgüzar səhər yeməyinə keçəcəklərini bildirib.

Putin, Si Cinpin və Donald Tramp arasında üçtərəfli görüş 19 noyabrda planlaşdırılır.

Putin və Si Cinpin görüşdü: Nələr müzakirə edilib? - FOTO

Paylaş: