
Ukraynanın PUA hücumu nəticəsində Krım körpüsünə dəyən zərər böyük deyil.
Primeinfo.az xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib.
O, hazırda zərərin qiymətləndirildiyini vurğulayıb. Bununla belə, Peskov deyib ki, körpüyə dəymiş zərər böyük deyil.
Kremlin sözçüsü Rusiyanın HHM sistemlərinin çox effektiv işlədiyini də qeyd edib.
“Baxmayaraq ki, heç bir sistem bu cür kütləvi zərbələrə qarşı 100% müdafiə təmin edə bilməz”, – Peskov əlavə edib.
Xatırladaq ki, bu gün Ukrayna ordusunun Krım körpüsünə zərbə endirməsi nəticəsində nəqliyyatın hərəkəti günün ortalarına qədər məhdudlaşdırılıb. Hər iki istiqamətdə 2 minədək avtomobilin yolda qaldığı bildirilir. Krım körpüsünün avtomobil yolu hissəsində nəqliyyatın hərəkəti müvəqqəti olaraq dayandırılıb. Hazırda bərpa işləri davam edir və nəqliyyatın bərpası ehtimalı qiymətləndirilir. Dəmir yolu xidməti normal rejimdə işləyir.
İlkin məlumatlara görə, dron hücumu nəticəsində ölən və yaralanan olmayıb.