
Ukrayna Moskvaya son iki ildə ən böyük dron hücumunu edib.
Primeinfo.az xəbər verir ki, son sutkada Moskva regionu üzərində 194 PUA vurulub.
Bu barədə Moskva meri Sergey Sobyanin bildirib. Onun sözlərinə görə, Ukrayna PUA-larının hədəflərindən biri Moskvanın cənub-şərqində yerləşən Neft Emalı Zavodu olub. Belə ki, Ukrayna son üç gündə zavoda ikinci dəfə hücum edib, zavodda yanğın başlayıb.
PUA hücumundan sonra “Sadovod” ticarət mərkəzində də yanğın başlayıb.
Paytaxta dron hücumu ilə bağlı Moskvanın bütün hava limanları – “Vnukovo”, “Domodedovo”, “Şeremetyevo” və “Jukovski” aeroportları fəaliyyətini dayandırıb.
Rusiya Müdafiə Nazirliyi bildirib ki, hava hücumundan müdafiə sistemləri bir gecə ərzində ölkənin 17 bölgəsi üzərində 555 dronu ələ keçirib və məhv edib.
Ukraynanın Moskvaya kütləvi dron hücumuna görə paytaxtın hava limanlarında 260-dan çox uçuş təxirə salınıb və ya ləğv edilib.
Aviaşirkətlər sərnişinləri hava limanına gəlməməyə, biletlərini qaytarmağa və ya dəyişdirməyə çağırıb.
https://www.facebook.com/watch/?v=1967872517252963









